25 Eylül 2011 Pazar

Behiştimiz, cənnətimizsən bizim..




“Ən böyük eşqlər nifrətlə başlar” demişdilər, inanmamışdım. İki nifrətin arasında necə sevgi yaranacaqdı və hansı üzlə həmişə onu düşünürdüm. Allahım da dedi ki, sən istərsən də mən sənə göstərmərəmmi, qulum? 
Sənə elə nifrət edirdim, nifrətim bütün sərhədləri keçməyə, bütün səddləri aşmağa, bütün hasarları sökməyə və səni məhv etməyə hazır idi.Heç vaxt heç kəs məni izində sən olan birinin yaxşı olduguna inandıra bilmək qüdrətinə malik deyildi. Hər halda bu mənə elə gəlirdi. Mən plan quranda fələk necə mənə qəhqəhə çəkirdisə o da başqa bir mövzu)
“Səni onun yanına aparacağıq”, “Səni onunla üzbəüz qoyacağıq”, “Heç nə sən düşündüyün kimi deyil”, “Sən onu sevəcəksən tanıyandan sonra hələ tanımırsan qərar vermə” deyənlərə də elə bir bağırırdım ki, özüm öz səsimə dik atılırdı. Ayyyy bağırtmayın məni aaa onsuzda səhərdən səsim qarğa səsi kimi çıxır)) “Ola bilməzzzz!! Həyatda ola bilməzz!!!” və üzərindən də “ Mən sizə sübut edəcəm mən onu nə sevməyəcəm nə də nifrətim azalamayacaq!!! Etdiklərinizi də yanınıza qoymayacammmm!!” əlavə edirdim. İndi özüm də o sözlərimə necə peşmanam, necə gülürəm və necə utanıram təsəvvür belə edə bilməzsən, mənim birdənəm
Və nəhayət mart ayı. Mən məcburən səninlə görüşməliyəm. Həyat belə gətirib. Təsəvvür edə bilməzdim ki, Novruz bayramını da hələ nifrət etdiyimlə keçirəcəm. Və vaxt azaldıqca mənim “dır-dır” larım da sürətlə artır: “Bomba ataram onun başına” (Bomba atansan get ermənilərin başına at), “Nifrət edirəm ona!!” (Özümə nifrət etməli idim o sözləri deyəndə) “Həyatın bu günü də olacaqmış!!” (Həyatın ən gözəl günləri gəlirmiş qabaqda) , “Allah məni öldürsün onunla üz-üzə gəlməyim!!” (Allah eləməsin, Allah bizi daha çox üz üzə gətirsin bundan sonra, imkan varsa lap bütün ömrümüzü bir yerdə yaşayaq, mən türklər demişkən “iyice niyyeti bozdum artık ilani-aşk ediyorum”) . Və nəhayət ayın 18-i gecə. Sənə qarğış edə-edə yuxuya getməyə çalışıram : ))) və eləcə də yuxuya gedirəm. Ayın 19-u axşam saat 10-a 8 dəqiqə işləyir və sənin bir addımlığındayam, bir neçə saniyə sonra biz görüşəcəyik, ürəyimin döyüntüsü qulaqlarımda əks-səda verir. Budur o an....Səninlə üz-üzə gəldim..özüdə necə sərt addımlarla sənə dogru irəliləyirəm..1!!2!!!3!!!4!! Saçlarımı da külək havada uçurur, üz-gözümə çırpır..5!!!!6!!!!7.....Səninlə üz-üzəyəm..Gülümsəyirsən mənə mehribancasına.Bütün qohum-əqraban öz gözəl terminlərimə danışsam “bütün sülalən” də ətrafımdadır. “Xoş gəlmisən”, “Gözümüz üstündə yerin var”, “İşıq gətirdin evimizə, həyətimizə, yurdumuza” və s.və i. Bütün mehriban və səmimi sözlər təqib edir məni. İçtən gəldiyi də hiss olunur. Donub qalmışam. Sən isə hər kəsdən daha mehribansan. Hmm..dəfələrcə etdiyim etirafı bir daha edim. Sən çox yaraşıqlısan. Sənə vuruldum elə ilk baxışdan. Məni əzizləmişdin. Əlimi tutub gəzdirirdin məni. Yaraşığına heyran olmuşdum. Gözümü səndən çəkə bilmirdim. Və bayramı da birlikdə keçirdik. Sən məni elə əzizləmişdin ki, təslim bayraqlarım havada uçuşurdu. Bir anda olsun ayrılmırdım səndən. Birlikdə bir çox yerləri gəzdik. Ətrafımız adamlarla dolu idi : Sənin və mənim dogmalarımla. Amma biz yalnız bir birimizi görürdük. Sən məni , mən səni. Tez-tez mənə “Səni sevirəm” deyirdin, “ Yaxşı ki, gəldin” , “Yaxşı ki, həyatımdasan” deyirdin. Gülümsəyirdim elə bütün günü. İçimdə iki cümlə söz tufan qoparırdı. Amma özüm özümdən utanırdım sənə nifrətim üçün.
Biz birlikdə çox yerləri gəzdik: Sərhəddən başlayaraq, Əliabadı, Hüseyn Cavid məqbərəsini, Mömünə Xatun məqbərəsini, Qızlar Bulağını, Ordubadı, Şəruru, Sədərəyi və indi həyəcanımdan xatırlamadığım daha bir neçə yeri. Və ayın 26-da biz ayrıldıq. Sərhəddə mənə baxırdın sevgi dolu gözlərlə “Yenə gözləyəcəm, gəl...Səni sevirəm...” deyə pıçıldadın.. Artıq o iki cümləni saxlamağımın yeri yox idi..Və etiraf etdim sənə...


“SƏNİ DƏLİCƏSİNƏ SEVİRƏM, NAXÇIVAN.....”

6 Eylül 2011 Salı

Candan Ünalla bal gibi sohbet

Kalemine hayran oldugum Candan Ünaldan küçücük bir ropörtaj hazırlamak istedim blogum için. İstegimi yere salmadan, seve seve  sorularımı cevapladı. Sonuçta bal gibi bir sohbet alındı: sorularım ve cevaplarıyla. Kendisine bir daha burdan  kucak dolusu teşekkürlerimi sunuyorum:)


1.Öncelikle merhaba. Teklifimizi  Kabul ettiginiz için öncelikle çok teşekkür ederim. İlk once böyle bir soruyla başlamak isterdim ropörtajımıza. Candan Ünal kimdir? Kendinizi nasıl karakterize ederdiniz?
-Merhaba! Asıl ben teşekkür ederim, bu ortamda dostlarla buluşmaya imkan tanıdığınız için. Aslında insanın kendini anlatması ne kadar zor, değil mi? Kendimi hayatın öğrencisi olarak tanımlayabilirim. Hepimiz gibi her geçen gün gelişmeye,öğrenmeye çabalayan ve yaşam sınavından mümkün olduğunca çok bilgiyle geçmeye çalışan biriyim. Ancak biyografik olarak 1974 istanbul doğumluyum. Sizler beni yazılarımdan tanıdınız ancak 20 yılı aşkın zamandır sahne alıyorum, şarkıcıyım. Bunun yanı sıra oyuncuyum. Diğer mesleklerimin yanında yazarlığım daha yeni.

2. Psikoloji konularda özellikle kadın-erkek ilişkilerinde  yazılarınız, düşünceleriniz mükemmel hatta ötesi derdim. Hayat  çok iyi ögretmen oldu bu konularda Candan hanıma diye bilirmiyiz?
- İşin açıkçası hepimizin yaşadıkları farklı olsa da, duygularımız ortak. Acılarımız, sevinçlerimiz, kederlerimiz aynı. Benzer olaylar yaşıyor, aynı duyguları deneyimliyoruz. kadın-erkek ilişkilerinde özel hayatımda yaşadıkalrım elbette çok önemli; rendelenmeden, canınız acımadan, gözyaşı dökmeden başkalarının acılarını yazmak mümkün değil sanırım. Ancak hiç yaşamadıkalrımı da gözlemleyerek, dinleyerek, seyrederek, okuyarak öğrendim. İnsanın yolculuğu da insanla. Eğer görebiliyorsan, başkalarının hayatlarından alınacak çok ders var. Ama yaşamın sert bir öğretmen olduğu doğru!

3. Hiç ihanet gördünüzmü? Sizce neden kaynaklanıyor ihanet? Yani neler neden oluyor bir kişinin karşısindekine ihanet etmesine?
- İhaneti görmez olur muyum? Elbette gördüm, üstelik sadece aşkta değil, pek çok insna ilişkisinde! İhanete o kadar çok sebep bulunabilir ki! İhanetin nasıl olduğundan çok, kimin yaptığına bakarak sebebe ulaşılabiliyor bence. Ömrünü ihanetle süsleyen, bununla öğünen ve kendini ancak ihanetle var eden birinin sebebi ile, ihanetin ortasına çekilen birinin sebepleri farklıdır. İhanete neden aramak, kendimizi her seferinde daha fazla suçlu hissetmemize yol açıyor diye düşünüyorum. Günümüz şartlarında ihanetin resmileşmesi, kabul görmesi şaşırtıyor beni. Artık ihanet doğal kabul ediliyor ama bana sorarsan ihanet bulaşıcı hastalık gibidir; bir yerde, yani kadın-erkek ilişkisinde bu kadar yayıldıysa, insanın bulunduğu her ortama girecek demektir.

4.Nasıl bu kadar pozitif olmayı başarıyor Candan Ünal?
- Pozitif miyim? Bilmem! Siz öyle görüyorsanız, ne mutlu bana.. ben sadece kabul ediyorum. Yaşadıklarıma isyan etmemeyi öğrendim. Başıma gelen olaylardan ders almayı ve aslında iyi veya kötü yaşadığım her şeyde benim hayrıma olacak ama bazen göremediğim noktalar olduğunu kabul ettim. Belki bu yüzden daha huzurluyum. Herkes bir şeye inanıyor. Ben de bu evreni yaratan güce ve onun hazırladığı plana inanıyorum. Tamamen kaderci değilim ve insanın kendi seçimleriyle yolunu çizdiğini düşünüyorum ama bir yerlerde yanlış yola girdiysen, yukarıdan seni döndürecek bir ihtar da geliyor.Önüne çıkan engele kızmak yerine, bunun gittiğin yolun yanlış olduğunu anlatan bir işaret olduğunu kavramak gerekiyor. Seçimlerin sonuçları! Belki senin pozitiflik dediğin, benim içime sinen bu huzurdur.

5. Candan hanım, gerçekten “kaçan kovalanır”mı? Bu konuda düşüncelerinizi almak isterdim.
- Kaçanın kovalanacağı fikri çok yaygındır. Altında, insanın doğasında sahip olmadığı şeye karşı duyduğu istek yatar. Kaçarsan, bir ihtimal kovalanabilirsin ancak ben hep sonrasına bakıyorum. Ya sonra? Yakalandığında ne olacak? Sadece kaçtığın için kovalayan birinin içindeki o hırs ve istek, yakalandığında bitmeyecek mi? Beni ilgilendiren kısım burası. Bir oyuncak için günlerce ağlayan çocuğa, sonunda oyuncağı aldığında ilgisini en fazla ne kadar çekebilir, kaç saat? Kaçan ve kovalayan durumu, benim için basit bir oyundan ibarettir ve kaçan genelde hep yenilir. Oysa ilk başta yendiğini zanneder...

6. İhanet eden kimi kandırıyor aslında sizin düşüncelerinize gore? Kendini mi yoksa karşısindekinimi?
- İhanetin sonunda kimin aldandığının bir önemi yok bence. Kendini de aldatabilirsin, karşındakini de yakalanmadıysan aldatmışsındır. Sorun şurada; ilişkiye ihanet karışmışsa, artık o ilişki nasıl ayakta durur? Bu ilişkiyi devam ettirmek ne kadar doğrudur? Bu ihanetin çiftin üzerindeki etkisi ne olacaktır? Yani, ihanetten sonra yaşanacaklardır önemli olan.

7. “ Her bitiş bir başlanğıcdır” derler. Siz nasıl düşünüyorsunuz? Gerçekten her bitiş bir başlangıcdırmı?
- Doğum bir başlangıç bize göre, ölüm bitiş. Ama belki de ölüm bir başlangıçtır, doğum bitiş.. Hayatın kuralı yenilenmek üzerine kurulu. Bir yıl bitiyor, yenisi başlıyor. Bir gün bitiyor, yenisi başlıyor. Her biten olay, aşk, dostluk, bizi yeni bir maceraya itiyor. Bitenlerden elinde kalanlar, aldığın dersler, başlayacakların habercisidir aslında. Farkında olmak lazım!

8. Sizi sevənlərə, okurlarımıza tavsiyyeleriniz ne ve nelerdir? Kadın-erkek ilişkileri konusunda?

  - -Tavsiye; istemeyene verildiğinde çok sıkıcıdır:) O yüzden, tavsiye vermeyeyim ben. Yazılarımda hayata bakışımı, duyguları, ilişkileri, kendimi, başkalarını, dünyayı, nasıl gördüğümü, başkalarının nasıl gördüğünü dilim döndüğünce anlatmaya çalışıyorum. Eğer birilerine ufak da olsa bir yol gösterebiliyorsa cümlelerim, ne mutlu bana! herkes kendi yolunu bulacak, herkes kendi hayatını yaşayacak ama bazen bir cümle, bir kelime, karanlıkta mum olabiliyor. Bir kişinin bile hayatına güzel bir etkim olmuşsa, bundan onur duyarım.
9. Bizden beklediginiz ama vermedigimiz soru oldumu? Olduysa hangi soruydu? Ve sonda Deyerli vaktinizden ayırıb sorularımızı cevaplandırdığınız için çok çok teşekkür ederiz. Azerbaycandan kardeş Türkiyeye özellikle sevgili Candan Ünalımıza kucak dolusu selamlar, sevgiler. Hep böyle pozitif, samimi , sevgi dolu kalın. Sizi çok seviyoruz.
- Sorularınızın hepsi çok güzeldi. benimle bu güzel sohbeti paylaştığınız için çok teşekkür ediyorum. Beni değerli kıldığınız ve siz de zaman ayırdığınız için ben teşekkür ederim. İnternet, hayatlarımızı birleştirmemize yardımcı oluyor. En uzak yerlerde bile gönül dostluğu yapabilir hale geldik. Yüreğinizi, sayfanızı bana açtığınız için çok mutlu oldum. Bütün uzaklar böyle yakın oluyor demek ki! inşallah bir gün gelip oraları da gezip, sizlerle karşılıklı kahve içmek kısmet olur. Azerbaycan'a selamlar ve sevgiler.
Sohbetleşdi: Xeyale Kelbiyeva


Əlixan Səmədovdan Mix.az üçün aldığım müsahibəm

Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.
Mənbə: az.wikipedia.org

1.İlk öncə salam.Əlixan Səmədov deyəndə bu gün fəxr ediləsi bir azərbaycanlı gözümüzün önünə gəlir.Məşhur balaban ustası Əlixan Səmədov. Biz sizi belə tanıyırıq. Bəs, Əlixan müəllim özü özünü təqdim etməli olsaydı necə təqdim edərdi?

Salam. Men özümü təqdim etmeli olsaydım, her halde Balaban aşiqi deyerdim. Həyatımı bir an Balabansız tesvir ede bilmirem. Bilgi paylaşmayı cox sevirem. Musiqiyə könül vermiş hər kəsə əlimden gəldiyi qədər kömək edirəm.

2.Balabanla ilk tanışlığınız necə oldu?

Balabanla tanışlığım, bir az uşaglıg illərinə dayanır. Nağarayla musigiyə başladım. Sonra qarmonu öyrəndim. Qarmondan sonra Qaboy ve nəfəsli alətlərlə tanış oldum. Balaban da bu zamanlar mənim musiqi kollleksionuma daxil oldu.

3.Bilgimə görə balabandan əlavə bir neçə başqa musiqi alətlərində də ifa edə bilirsiniz. Niyə məhz balaban?

Yuxarıda qeyd etdiyim kimi nəfəsli alətlərlə tanış oldugum zaman Balabanda istediyim musiqileri yarada bilirdim. Digər musiqi alətlərini de sevirdim amma üreyimden gelen musiqileri dinləyicilərə,  istədiyim kimi  çatdıra bilmirdim. Elə bil ki, yarım qalırdı. Sonra başa düşdüm ki, Balaban ürəyimin dilidir.

4."Balaban metodu" adlı kitabınız üç dildə işıq üzü gördü. Bu kitab haqqında bir az məlumat verərdiniz. Necə oldu ki, kitabı yazdınız? Hansı dillərdədir? Necə qarşılandı bu kitab?

İlk diskim cıxdığı zaman dünyanın hər tərəfindən məktublar alırdım. Hər kəs məndən Balaban haqqında bilgi istəyirdi. Bakıdakı dostlarımla əlaqə saxlayıb, gələn məktublar haqqında bilgi verib, kitab istəyirdim. Bu mövzuda kimsə mənə yardımcı ola bilmedi, bele ki, kitab yox idi ya da tapa bilmirlərdi. Amma gələn istekler o qədər cox idi ki, axırda kitab yazmağa söz verdim sevənlərimə. Nə isə 2-3 il ərzinde kitabı yazıb, dostlarımın sayəsində də mətbəəyə verdim.
O aralar İstanbulda PALMALİ firmasının PAL FM radyosunun acıldıgını söyleyib məni oraya dəvət etmişlərdi. Radyonun və də PAL Medya şirketinin müdürü İbrahim Nebioğlu meni öz otağında qəbul edib, cox gözel qarşılamışdı. Onun bir sözünü heç unutmaram, “sənin üçün nə edə bilərik”
Bu sözü eşidəndə , inanın ki cox duygulanmışdım. Cunkü bu güne qədər  kimsədən  bu sözü eşitməmişdim. Yanımda daşıdığım “Flash disk” dəki kitab bilgilerini ona gösterdim. İbrahim Bəy bilgiləri  görünce cox bəyəndiyini  və bu kitabı Azərbaycanımıza yaraşacag bir şekilde cıxarmag üçün məndən  istədi. Onun bu içdənliyi qarşısında bir daha duygulanıb, diski ona verdim. Ordan ayrıldığım zaman İbrahim bəyin  de xəbəri olmayan söz verdiyim mətbəəyə zəng edib, hər şeyi  olduğu kimi başa salıb üzr isteyerek ləğv etdim. Ve beləcə “Balaban metodu” 3 dilde, Türkce, İngiliscə ve Rusca işıq üzü gördü.
Buradan bir daha əməyi kecen bütün dostlarıma ve PALMALİ şirkətinə öz dərin minnətdarlığımı  bildirirəm.

5. İfalarınız arasında sizə ən doğma olanı?

İnanın ki hər musiqinin məndə öz yeri var. Hamısı mənim üçün doğmadır.

6.Qloballaşmadan qacmaq olmaz.Lakin biz bu prossesə milli dəyərlərimizi qatmamalıyıq. Əlixan müəllim necə düşünür, bu gün milli dəyərlərimiz çoxmu məruz qalıb qloballaşmaya?

Bir millet hər zaman öz mədəniyyəti  ile başqa millətlərdə  özüne yer edər. Dünyanın bir cox şəhərlərində  konsertlərim oldu, inanın ki, Azərbaycan musigisi hər yerdə  sevilir ve dinlənilir. Sadəcə nəyinsə  uğruna milli sərvətimiz olan mədəniyyətimizə  bizlər sahib cıxmasaq, yer üzündə Azərbaycan diye bir ölkə də  qalmaz. Hər zaman hər yerdə demişəm yenə də deyirəm. “Milli musiqimizi qorumaq hər Azərbaycanlı vətəndaşın borcudur!”

7. Mükafatlarınız haqqında bir az danışardınız.

Mükafatlar sənətlə məşğul olan insanların qamçısıdır. Mükafat aldıqca daha da işlərinə əhəmiyyət verir. Getdiyim konsertlerin bir coxu dünya festivalıydı. Hər ölkədən gələn musiqiçilər  olurdu. Və biz öz musiqilərimizlə sanki bir yarışmaya girərdik. Bunun sonunda da mükafatlar olurdu. Bir nece dəfə də mən qazanmışdım. Bu aralar festivallara vaxt olmur getməyə, sadece konsertlərimə zaman ayırıram.
Mükafatlar haqqında http://www.alihansamedov.com/ adresinden bilgi ala bilərsiniz. Bir neçəsini orada qeyd etmişəm.

8. Və nəhayət başı bəlalı "Sarı Gəlin" ə çatdıq. Əlixan müəllim, bildiyimiz kimi qardaş Türkiyənin özündə elə ermənilər yaşayır. Elə olubmu ki hansısa proqramdami deyim, hansısa məclisdəmi deyim "Sarı Gəlin"i ifa etdiyinizdə məhz ermənilərdən də orda olub. Ümumiyyətlə "Sarı Gəlin" sizin üçün ifalarınız arasında ən önəmlisi sayıla bilərmi?

“Sarı gəlin” Türk dünyasının en sevilən mahnılarından biridir. Bir cox da rəvayəti var. Əsas olan odur ki, o mahnını yaşada bilmek. Biz Azərbaycanlılar olaraq hər zaman “Sarı gəlin” mahnısı haqqında sadəcə, bu bizimdir demişik. Ama tanıtmaq lazımdır, men de bu günə qədər çıxan disklərimde 4 defe dəyişik “Sarı gəlin”ə yer vermişəm. İstərdim ki hər müğənnimiz öz yeni cıxacaq disklərinde “Sarı gəlin” kimi daha bir cox mahnılarımıza yer versin. İnanın ki, o zaman danışmağa ve ya kimsəyə sübut etmeye gərək qalmayacaq.
Mənim də qarşıma  hər millətdən dinləyici çıxır, amma men sadəcə öz ifama baxıram. Her ifa etdiyim musiqi mənim üçün önəmlidir .

9.Planlarınız haqqında bir az danışardınız.

Planlarım haqqında sadəcə bunu deyim ki, “Balaban-8” adı altında yeni albom çalışması içindəyəm. Bu albomda 2 disk olacaq və də  dünyanın hər yerində anlaşmalarım var. Nəsib olursa başqa- başqa dillərdə  çıxartmağı da düşünürəm. Çalışmalarım daha davam edir cox az qaldı. İnanıram ki, bu yeni cıxacaq “Balaban-8” dən sonra dünyanın hər yerindən  Balabanın sədaları gələcək.


10. Sonda Mix.az saytı adından sizə bu maraqlı müsahibə üçün dərin təşəkkürümüzü bildiririk.

 Mix.az kollektivinə öz dərin minnətdarlıgımı bildirirəm.
Saygılarımla
Alihan Samedov

5 Eylül 2011 Pazartesi

"Bildiklerini unut"diyor DOST!

 ” Bildiklerini unut. ” diyor DOST. ” Gel al eline bir silgi, şu yeni başlayan güne bilgilerini silmekle başla. ” ” Zanlarını, yargılarını, önyargılarını ve dahi bütün genellemelerini koy bir çuvala ve hepten terk et. Gıybet etme sakın,… bil ki dedikodu denilen şey mıknatıs gibi kötü enerji çeker.
Kimsenin aleyhine konuşma, uzaktan atıp tutma, insanları kem dille yargılama, bil ki yanılırsın.
Birini nekadar çok aşağılar yahut dışlarsan, onun durumuna düşme ihtimalin o kadar artar.
Kainatın matemetiğidir. Bir koyar, bir alır insan. Bilmeden kendi hesabını dürer ” diyor DOST… ” Hiçbir konuda emin olma ” diyor DOST… ”
 Kendini ayrıcalıklı sayma. Konumuna ya da mevkine, ismine veya şöhretine güvenme. Şu hayatta tüm zahiri kisveler sabun köpüğünden ibarettir.
 Nazlı nazlı yükselir köpük, derken pat diye sönüverir. Herzaman başkalarından öğrenmeye açık ol. En iyi bildiğin konularda bile köşeli düşünme, büyük konuşma.
Cümlenin sonuna nokta değil, ünlem değil, virgül yahut üç nokta koy. Açık bir kapı bırak daima.

Ne kadar bilsen de hiçbirzaman yeterince bilemeyeceğini unutma. Tevazudan şaşma. Ancak ozaman kurtulabilirsin bilginin cehaletinden. ” diyor DOST…
(O Dost Tebrizli Şems)

2 Mayıs 2011 Pazartesi

Hər sevgi öz tarixini yazar

Çox çirkin qadınların yanında yaraşıqlı adamlar, çox gözəl qadınların yanında çirkin adamlar. Qıraqdan baxınca kimsə məna verə bilməz bu cütlüyə. Niyə birlikdədirlər? Münasibətlərin, sevginin by tərz qaydaları yoxdur. Kim kiminlə niyə birlikdədir məlum deyil. Çirkin və zəngin bir adamın qolunda görülən gözəl qadına yapışdırarlar etiketi:"pulu üçündür". Haradan bilirsən desən, "məlumdur, canım, bu qadın bu adamda nə tapar ki?" cavabını alarsan. Necə mühakimə etməyə, tənqid etməyə hazır bir cəmiyyətik, üstəlik özümüzə baxmadan.Ataol Behramoğlunun şeiri kimidir həyata baxışım, yaşadıqlarımdan öyrəndiyim bir şey var. Böyük danışmayacaqsan, dərhal etiketləməyəcəksən, asan mühakimə etməyəcəksən. Bunları  etməyəcəksən, üstəlik də anlamağa çalışacaqsan.Peşə üstünlüyü, həyatın gətirdikləri, geniş ətrafım, təcrübələrim və daha bir çox faktordan ötəri, çox şey gördüm. Bu gördüklərim mənə bunu qətiliklə isbat etmişdir ki, hər eşq öz tarixini yazar. Nə vaxt bəziləri şiddətlə başqalarını tənqid etsə, bir gün gəlir, eynisini yaşayarlar. Evli bir adamla birlikdə olduğu üçün, qonşu qızını ən alçaldıcı sözlərlə tənqid edən qadının, illər sonra öz qızı böyüdüyündə ilk olaraq evli bir adama aşiq olduğunu gördüm. Ən yaxın dostunu sevgi münasibəti üçün  tənqid etdikdən sonra, özü eyni səhvə yol verənləri gördüm. Elə çox nümunə göstərə bilərəm ki, siz belə inana bilməzsiniz. Ona görə  də təhqir dərəcəsində tənqid etməyi  kənara qoymaq lazımdır. Qəbul etmək məcburiyyətində deyil kimsə, amma anlamaq məcburiyyətindədir. Həyat çox vaxt uşaqkən aldığımız yaraların əsəridir. Şüuraltımızda nə fırtınalar vardır, özümüz belə bilmirik. Niyə elə davrandığınızı bilmədiyiniz bir an olmadımı heç? Hələ sevgi deyilən bu qəribə hiss dünyası, az qala tamamilə şüuraltıyla koordinasiya çalışır. Davamlı dava edərək bir-birlərini əldən salan cütlərin çox vaxt niyə ayrılmadıqlarını bilə bilməzsiniz. O əlaqənin tərzi davadırr. Aralarındakı dil budur. Ola bilər. Təsdiq etmək məcburiyyətində deyilsiniz amma canınızın istədiyi kimi yerdən yerə də vura bilməzsiniz. Empati. Kilid söz bu. Anlamağa çalışın ya da maraqlanmayın, sizə nə?Münasibətlərin fərqli səbəbləri vardır. Hansı gün sizin başınıza, sevdiyinizin başına  nə gələcəyini bilə bilməzsiniz. "Həyatda etmərəmm, əsla olmaz" cümlələrini lüğətinizdən qaldırın, kainat əvvəl bu cümlələri edənlərin həyatına dərslər verir. Kimə düşmüş, iki insanın arasındakı münasibət? Mühakimə etməyin!Hər sevgi öz içində bir formaya malikdir. Kim kiminlə əslində niyə birlikdədir, bilə bilməzsiniz. Çox vaxt ağlayaraq gələn dostunuza "ayrıl, bitsin" deyirsiniz, o sizdən aldığı enerji sayəsində böyük cürətlə evinə gedər, siz ayrılıq xəbəri gözləyərkən, onlar qucaqlaşar, gəzməyə, yeməyə çıxarlar. Bu vəziyyətdə hirslənməyin. Qapı bağlanınca içəridə gerçəkdə nə olduğunu bilən yalnız o iki adamdır. Üçüncüyə nə yemək düşər hər kəs bilər! Münasibətləri problemli insanlara ediləcək ən böyük kömək, dinləməkdir. Davamlı ağıl verməyin. Onsuz da bu ağıl vermə uzun müddət davam edərsə  o şəxsi də bir  az zaman sonra itirərsiniz. Yalnız dinləyin və anlamağa çalışın. Kimsə səhvsiz deyil. Kimsə, yaşadığı münasibətin içindəykən, çöldən görüldüyü kimi görə bilməz hadisələri. "Eşqin gözü kordur" deyə boşuna deməmişlər. Həyatda hər şey insanlar üçündür və artıq bu dünyada sanıram heç bir şey məni çaşdırmaz. Məncə hər şey mümkündür. Hər səbəbdən insanlar birlikdə olar və ayrılarlar. Hamısı təbii və İNSANA aiddir. Etdiyimiz, yaşadığımız bütün hadisələrin, o an anlaya bilməsək də, bir səbəbi vardır. Yaxşısı və pisi ilə bütün həyat bizimdir. Həyat bir zəncirin halqalarından meydana gələr, hansı halqa sizi hara çatdırmaq üçündür, bunu ancaq zaman keçdikdən sonra anlarsınız.Sözün qisası, hər eşq öz tarixini yazar. Başınıza gəlməsini istəmirsinizsə, mühakimə etməyin. Bir çox münasibətlərin səbəbləri, uşaqlığa qədər uzanan kiçik xatirələrdə yatar. Və hər münasibət öz xüsusiyyətiylə gizlidir, çünki ürək ağılın anlaya bilmədiklərini yaşar.
Candan Ünal

Rücu

Sen benim gözümde bir rivayettin,
İlk değil alçağı yüksek görüşüm
Sanma ki sen bana ihanet ettin
O senin, aslına rücu edişin.
Gün olur kediye düldül derim ben
Gün olur baykuşa bülbül derim ben
Tedirgin etse de gerçek ötüşün
O senin aslına rücu edişin.
Caymadım cüceyi yüce görmekten
Caymadım cahile cüret vermekten
Gözümden düşse de hal ve gidişin
O senin aslına rücu edişin.
İlk defa vurmadım başımı taşa
Yanıla yakıla geldim bu yaşa
Sanma ki sen beni aldattın haşa,
Çoktandır başladı bende bitişin
O senin aslına rücu edişin…..
Cemal Safi

"Qızıl it" festivalı

Xəyanət həqiqətən özünü aldatmaqdırmı? Yoxsa biz ürəyimizi beləmi ovudarıq? "Etsə özünə edər, məni deyil özünü aldatmış olar" deyimləri, qırılan qürurumuzu bir az olsun yumşaltmaq üçündürmü? Bu yaşananlar həqiqətən kişinin əlinin çirkimi? Cinsiyyət ayrı-seçkiliyi yox, xəyanət hər könüldə möhkəm zərbələr buraxır. İnsan özünü axmaq yerinə qoyulmuş hiss edir. İşin özü bu olsa gərək, niyə aldatmaq ehtiyacı var çoxunda? Bəlkə bunun psixoloji olaraq bir şərhi vardır. Ancaq, bu vəziyyəti ortaya çıxaran o qədər çox səbəb göstərilə bilər ki, deyil bu, 120 yazı daha yazsam səbəbləri bitirə bilmərəm kimi gəlir mənə.Birini sevərik, onunla birlikdə olmaq üçün zaman, əmək və pul xərcləyərik. Bizim olar bütün qəlbiylə, varlığıyla o insan. Ondan sonra daha yaraşıqlı birini gördüyümüzdə,  "o da mənim olsun" duyğusundan hərəkətləmi başlar xəyanətin özü? Yaxşı da, bunun sonu yox ki!Kişilərin öyünərək söylədiyi ədədlər, "bu qədər qadını doladım" cümlələri, nə qazandırmışdır? Dünya üzərində mənim bilmədiyim bir yarışmamı var? , "Bu ilin Qızıl İt Festivalı ən çox qadın dolayan kişi mükafatı, Mr. Bilməmkimə verilir." Bəlkə, bizə söyləmirlər, bu kişilər çox gizli olaraq ildə bir dəfə toplanıb, mükafat mərasimi edirlər. Ola bilməzmi? Olmalı! Yoxsa bu qədər çalışmaq, əlləşib-vuruşub o qadını dolayıb, bu qadına keçmək nə üçündür? Ayrıca xəyanət asan iş deyil ki! Əlinə, üzünə bulaşdırmayacaqsan. O qədər əziyyətə dəyərmi görəsən? Sevgilinə danışmaq üçün bir yalan tapacaqsan əvvəlcə, qarşı tərəfə də başqa bir yalan, yaxşı iki tərəfi  də aldatdın deyək, həmişə getdiyin restorana, kafeyə, küçəyə, parka gedə bilməzsən, tanıyarlar. Mümkün olduğunca səni tanımayacaqları mühitlərdə görüşməlisən. Bu da demək ki, benzin yandırıb uzaqlaşacaqsan və ya yaxşıca taksi pulu ödəyəcəksən.  Nəticədə, əlinə nə keçəcək? Bir neçə insana hava atacaqsan, onsuz da bunu söyləyə biləcəyin neçə adam var ətrafında? Nə olacaq, onlar da, " vay, bizim adama bax, nə eşqbaz, aman çox avara, əlindən uçan da qaçan da xilas ola bilməz" deyəcək. Budurmu? Haa! Bir də nə qədər kimsə görməsin deyə qaçsan, o dərəcə tutulma ehtimalın var. Çünki bu vəziyyətlərdə Murphy Qanunları keçərlidir. İndi, bu qədər əziyyəti çəkdin, əlində böyük bir sıfır var. Üç-beş adam da "aslanım, halal olsun" dedi. Bitdi! Bir azcıq əylənəcəyəm, onun bunun yanında hava atıb danışacam deyə, çəkilən cəfaya bax. Əlbəttə, burada bəhs edilən çox qeyri-adi vəziyyətlər deyil. Zorla və erkən yaşda edilən evliliklər, zəruri birlikdəliklər, daha saya bilməyəcəyəim qədər çox səbəbdən bəhs etmirəm. Yalnız könül əyləndirmək, həyəcan yaşamaq kimi duyğulardan yola çıxılaraq edilən aldatmaları göz qarşısında tutaraq danışıram. Yox, , mənim bu qədər sıravi, dəyərsiz hadisələr üçün; bu qədər çətinlik çəkməyə, zaman və pul xərcləmək fikri ağlıma məntiqli gəlmir.Mütləq altında başqa bir şey olmalıdır. Siz, mənim bu Qızıl İt Festivalı fikirimi çölə atmayın. Adı belə olmasa da, qəti nəticəsində bir mükafat olmalı. Bundan sonra izləyək baxaq. Adı eşqbaza çıxmış bu insanlar görəsən eyni gündə ortadan yox olacaqlarmı? Mükafat mərasimi harada edilir? Bu mərasimin adı nədir? Bəlkə də bir pul mükafatı filan vardır? Yoxsa, insan bu qədər kiçik şeylər üçün, belə əziyyət çəkməyə dözürsə, böyük ehtimalla dəli olmalı.......
Candan Ünal

Gözə alacaqsansa çağır sevgini!

Bu gecə kim bilir neçə adam əllərini açıb dua edir sevgi üçün? Sevməyə dəyər birini tapmaq və ürəkdən sevilmək üçün neçə insan dilək tutur?O zamanlarda donub qalır səma, olduğu yerdə dayanır buludlar. Hansı dua səmaya doğru yüksəlməyə başlasa sevgi üçün, dünya susur.  İçində sevgi olan hər niyyət yuxarıya çatır əminəm. Yaxşı, niyə çoxu reallaşmır? Niyə bu qədər ürək qışın ayazında tək başına yatır, yastıqlara sarılaraq?Bütün məsələ gözə almaqdadır yəqin! Sevgini kürəyinə ala bilməkdədir! Səbəbsiz, şikayətsiz, gələni bütün təvazökarlığınla qəbul edə bilməkdədir işin gizli  sirri, hiss edirəm.  Tarazlığını tapmadan həyatın, sevginin ritmini necə nizamlar insanoğlu? Bütün iş tarazlıqda, insanıq çaşarıq da, səhv  də edərik deyirəm. Səhvlərimizlə böyümürüksə, daha böyük səhvlərlə öyrənərik sonunda amma iş işdən keçmiş olar. Keçmişi də lazım olduğunda buraxmaq lazımdır, gələcəkdə daha yaxşılıqlar var bəlkə, niyə şans tanımır insan öz talehinə, anlamıram.Alın yazısı var əlbəttə, amma hamısı da alnımıza yazılmamışdır. Bir az da səy lazım deyilmi deyirəm? Cavab gəlmir! Hər gələndə qüsur taparaq, öz qüsurunu görməyəndən daha kor vardırmı? Əvvəldən etdiyimiz haqsızlıqların üstündən atlayıb keçməyə icazə verməz həyat; indi bu qədər talehsizlik yaşandığında "niyə mən?" deyə qışqıranın, öz hesabına dönüb baxmamasından daha böyük cahillik vardırmı? Bilmirəm.Düşüncə gücüylə filan olmur qısqanılan həyatlar! Qibtə edilən, barmaqla göstərilən sevgilərin də əvvəlində acılar olub.Bəzən qızğın oxlara hədəf olub vurulsa da sözlərim, mən doğru bildiyimi söyləyirəm. Sevgiyə sarılın ,dostlar, içində sevgi olmayan yeməyin belə dadı yoxdur.  Bir az fədakarlıq, bir az sağlam fikir ilə birləşər sevgi dediyin. Çox deyil,  tarazlığını pozmadan sevə bildiyində bacarar insan sevgini!  Sevgiylə baxmadıqlarınıza yastığınızda yer verməyin. Sevilməyə layiq olanlara arxanızı çevirməyin! İnsanları əskikləriylə sevə bilməyi öyrənin çünki sevgi yalnız yetkin ürəklərdə yaşıllaşıb toxum verər. Söyləyirəm, yazıram amma görəsən izah edə bilirəmmi?
Candan Ünal

Doğru Adama necə rast gəlinər?

Sevgi münasibətlərində heç cür xoşbəxt ola bilməyənlər, günahı sevginin üzərinə yıxarlar! Sevginin varlığını rədd etmək əslində içdən içə ona inanmaqdır. Sevgiyə inanmayanların əksəriyyəti keçmiş əlaqələrində tikiş tutdura bilməyib, davamlı bədbəxt olub xəyal qırıqlığı yaşamış olanlardır.Bir qismi hələ sevgiylə tanış olmamışdır ancaq ətrafına baxar və gördüyü nümunələr üzərindən fikir sahibi olar.Daha əvvəllər sevgi münasibətlərinizdə müvəffəqiyyətsiz olmuşsunuzsa, heç cür doğru adamı tapa bilmədiyinizi düşünürsünüzsə, ehtimalla problem sizdədir. Dərhal etiraz etməyin! Bilirəm siz şanssızsınız əslində! Taleh sizə gülmədi, nə qədər çalışdınızsa da münasibətləri yürüdə bilmədiniz,amma günah həmişə qarşı tərəfin idi! Siz sevgi dolu, hər zaman başa düşən qadınsınız. Onun üçün əlinizdən gələnin  daha çoxunu etdiniz. O adi bir adam idi, sevginizin qiymətini bilmədi! Bunların hamısını bilirəm!Ancaq sizin görmədiyiniz bir neçə nöqtəni izah etmək istəyirəm. Az qala hər yazımda və cavablandırdığım məktublarda inadla eyni şeyi söyləyirəm: "Özünüzü sevin və özünüzü tanıyın!" Bunu sıxlıqla vurğulamamın səbəbi, problemin mərkəzinin ora olduğunu görməm. Az qala hər məktub eyni problemi yazır, çarəsini soruşur, kəslər və hadisələr dəyişik olsa da, gəldiyi və çıxdığı nöqtələr eyni! O zaman fərqində olmaq mövzusunda problemlərimiz var deməkdir.Doğru adamı tapa bilməmək və bitən əlaqələr haqqında onlarla məktub aldım. Hər kəs nə qədər çox sevdiyini, başa düşən olduğunu  amma qarşısındakının pis biri çıxdığını söyləyir. Hər qadının Türk filmlərindəki Təcavüzçü Coşğuna bənzəyən adamlara rast gəlmə ehtimalı nədir? Demək ki bir yerlərdə səhv var!Bu ölkə torpaqlarında doğulmuş qadınlar olaraq, onsuz da uşaqlıqdan etibarən müəyyən qaydaların və qadağaların içində böyüyürük. Beynimizə daha kiçicikkən irəlidə necə bir qadın olmamız lazım olduğu soxulur. Kimsə əvvəl özümüzlə əlaqədar doğru qərarlar almamızı, özümüzü tanımamızı, yaşadıqlarımızın və seçdiklərimizin fərqində olmamızı söyləmir və təəssüf ki, məktəblərdə belə bir dərs də yoxdur. Bu vəziyyətdə iş başa düşür. Bir az ağılımızı istifadə etmək məcburiyyətindəyik.Bir sevgi münasibətinə başlamaq üçün seçdiyiniz adam, sizi xəyal etiğiniz böyük eşqə aparacaq adam deyil. Kiminlə bir könül səfərinə çıxarsınız çıxın, sonunda özünüzə çatacaqsınız.!  Qarşınıza çıxan insanlar, sizdə sevmə tutumu meydana gətirməyə yarayacaq təcrübələrdir. Nə etsəniz edin, bir müddət sonra sevgi duyğusu forma dəyişdirəcək.Davamlı problemli insanlarla qarşılaşır və düz bir əlaqə yaşaya bilmirsinizsə, bunun iki səbəbi ola bilər: Ya doğru insanları seçmirsiniz, ya daha əvvəlki əlaqələrdə etdiyiniz səhvləri düzəltmirsiniz. Gözləmələrinizin gerçəyə yaxın olması lazımdır. Ortada ağ atlı şahzadə filan yox! Ayılın artıq! Kimsə gəlib sizi içində olduğunuz vəziyyətdən çıxarmayacaq. Aşiq olmaq, həyatınızın hamısını o insana həsr etmək mənasına da gəlmir. Bir qadın olaraq  düşünmək, ayaqları üzərində dayanmaq məcburiyyətindəsiniz. Bütün bunları etmək zəruriliyi yalnız gənc, işləyən qadınlar üçün etibarlı deyil, evli olsanız da həyat yalnız ərinizdən ibarət deyil. Hər şeydən daha əhəmiyyətli olan sizsiniz çünki siz olmadan, bu anda sahib olduğunuz yaxşı və pis heç bir şey olmayacaq.Bəzən mükəmməl qadın olmağa çalışaraq da münasibətləri bitirərsiniz. Əlinizdən gələn hər şeyi etmək, verici olmaq filan həll deyil. Bir yerdə səhv edirsiniz, dönüb özünüzə baxın amma yaxşıca baxın. Özünüzü sevin amma həqiqətən sevin, beləcə daha az səhv insan seçəcək və daha az kədərlənəcəksiniz. Sevgini və sevgi münasibətlərini həyatın hamısı olaraq görməkdən imtina edin. Sevginin həyata qatdığı gözəllikləri rədd etmirəm, onsuz da necə edərəm? Mən sevgiylə böyüyən insanlardanam, amma sevgi münasibətləri həyatın mənası deyil. Axtardığınız məna sizsiniz, gedib aynaya baxın!
Candan Ünal

1 Mayıs 2011 Pazar

Gedən Necə Dönər?

Bir çox adamdan eyni sualı eşidirəm. "Sevgilim məni tərk etdi necə qaytarım, Candan xanım?" yazılı onlarla cümlə düşür məktub qutuma hər gün. İçim ağrıyır əlbəttə! Bitən hər şey ardında bir az hüzn buraxır.
Gedəndən geriyə qalan ürək artığının adı - çarəsizlik! Bir şəkildə çıxış axtarır insan amma əbəs bir səy deyilmi gedəni qaytarmaq?
Əvvəla, bir gediş varsa ortada bu səbəbsiz deyil. Doğru, səhv, yaxşı, pis, bəyənək ya da bəyənməyək, haqq verək ya da haqsız bilək; özlüyündə bir səbəbi vardır gedənin. Heç bir gediş əslində o anın hərəkəti deyil.Əvvəlində yığılmış şeylər vardır.
Getmə qərarı nadir olaraq qəflətən verilər.  Ümumiyyətlə gedəcəyinin siqnallarını daha əvvəldən vermişdir gedən. Sınamışdır, gözləmişdir ,ağılındakı suallara bir cavab axtarmışdır.
Bizə məntiqli gəlməsə də özlüyündə bir çıxmazın içindədir gedən. İstədiyini əldə edə bilməmişdir, axtardığını tapa bilməmişdir. O zaman o qədər vaxtı niyə keçirər deyə soruşacaqsınız mütləq! Çünki o müddəti bitirmədən qərar verilə bilməz!
Birini həyatına daxil edib etməyəcəyini, onunla eyni yolda gedib gedə bilməyəcəyini necə təyin edərsən? Çörək alır kimi alınmaz ki insan! Əlbəttə bir  az zamana ehtiyac duyarsan. Bura qədər bir problem yoxdur da.Hadisə keçirilən müddətin uzanmasıyla başlar. Nə qədər uzun qalsa o qədər gözlədər bizi. Eyni nöqtəyə vurduğumuzu, sanıb üstəlik gələcəklə bağlı xəyal qurmağa da başlarıq təbii olaraq.
Yəqin işin pik nöqtəsi ora! Qarşındakına həyatının mənası qədər dəyər vermədən əvvəl yaxşı düşünmək lazımdır. Gözləməyə çevrilən zamanlar sonunda bizi yaralayır.
Gedən  necə dönər mən də bilmirəm. Üstəlik bunun üstünə heç beynimi  yormuram. Məni maraqlandıran qisim getdikdən sonra qalanın həyatına davam etməsi. Getməyi fikrinə qoymuşsa biri dünya keçsə önünə dayandıra bilməz. Ayrıca niyə dayandıraq? Zorla qalanın sevgisinə necə etibar etmək olar ki? Nə gözlənilər məcburən  yanında qalandan?
Ortada həqiqətən bir problem varsa getmə mərhələsinə gəlmədən qurtarılmalıdır əlaqələr. Avaralığından getmək istəmişsə gedən yolu açıq olsun! Şairin dediyi kimi; bir çox gedənin hər biri məmnun ki yerindən….

Candan Ünal

P.S.Tərcümədir. Çox sevdiyim Candan Ünal qələmi yenə də. Əslində həqiqətdir. Kimisə zorla tutub saxlamaq lazım deyil. Gedirsə getsin, təlxək getdi deyə heç bir  kralın taxtı yıxılmaz.

Bir qadını ağlatmaq ..

Bir qadını ağlatmaq çox çətin deyil əslində.
Qadınlar hər şeyə ağlaya bilər; bir filmə, bir mahnıya, bir yazıya... Ən az kişilər qədər yəni!
Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə təsir etmiş deməkdir. Amma o ürəyin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək batırar oxları ürəyə! Bax o zaman böyük bir acı kök salar boğazında qadının. Udquna bilməz, nəfəs ala bilməz.
"Ağlamayacağam" deyər içindən. Amma mane ola bilməz göz yaşlarına. Çünki ürəyinə çatmışdır acılar...
Bu ağrıya nə qədər qarşı qoya bilər ki, bir qadın? İncə incə süzülər yaşlar gözündən; əvvəl bir neçə damla, sonra bir yağış seli... Və qadın ağlar; həm də çox!
Sanmayın ki gedənə ağlar qadın!
Gedənin gedərkən koparttığı yerdir onu ağladan, orada buraxdığı yaradar. O yaranın heç bağlanmayacağını, bağlansa belə izinin qalacağını  bilər qadın; ona görə ağlar. Amma bilirsinizmi, ağlamaq qadınları yetkinləşdirər. Hər damla, daha çox qadın edər qadınları. Hər damla bir dərsdir çünki.
Bəzən qadınlar ağladığında çox insan, "ağlama niyə ağlayırsan ki, dəyməz onun üçün" deyərlər. Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar,yaralarındakı  o irini təmizləyərlər ! Çünki bilərlər, o irin təmizlənməzsə iltihaba çevrilər yaraları. Çevrilməməsi lazımdır halbuki. Ona görə də bolca ağlarlar.
Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı öyrənərlər. Ümid edirəm öyrənərlər, yoxsa ruhlar azğın yollara çarpar özünü. Sapan ruhların doğru yolu tapması da yeni ağrılar deməkdir. Bunu bilər qadınlar, ona görə əvvəlində sonunda öyrənərlər özlərinə sarılmağı...
Çox ağlayan qadınlar, bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları bəli, amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər və bax o zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...
İnsanlar soruşurlar çox vaxt "niyə bu qədər çox subay qadın var?" deyə; hamısı karier dərdində olan. Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox ox batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, ona görə özlərinə sarılırlar.
Çünki bilirlər ki sarıldıqları adamlar onlara layiq olmadı; həm də heç bir zaman! Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.
E.. o zaman niyə sarılsınlar ki! Niyə sarılaq ki!
Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, yetkinləşir. Bilin ki, gerçəkləri qəbul etməyə başlamışdır. Bilin ki, artıq sevginin olmadığına inanmışdır. Bilin ki, sarılacaq tək bir doğrusu qalmışdır. O da kim, nə deyə soruşmayın artıq.
Çox ağlayan qadınlar, əvvəlində, sonunda özlərinə sarılarlar çünki!

P.S. Tərcümədir. Çox sevirəm bu yazını. Dəfələrlə oxumuşam, heç vaxt da oxumaqdan doymadım. Bir qadın çox güclüdür əslində. Gözündən yaş axsa, ürəyinə ox sancılsa belə. Dünənin də, bu günün də,sabahın da bir həqiqəti var: Bir qadını ağladarkən diqqət edin, çünki Allah onun göz yaşlarını sayır. Sözüm məclisə deyil, nəfəs alan hər kəsə!

Xəyalə Kəlbiyeva