25 Eylül 2011 Pazar

Behiştimiz, cənnətimizsən bizim..




“Ən böyük eşqlər nifrətlə başlar” demişdilər, inanmamışdım. İki nifrətin arasında necə sevgi yaranacaqdı və hansı üzlə həmişə onu düşünürdüm. Allahım da dedi ki, sən istərsən də mən sənə göstərmərəmmi, qulum? 
Sənə elə nifrət edirdim, nifrətim bütün sərhədləri keçməyə, bütün səddləri aşmağa, bütün hasarları sökməyə və səni məhv etməyə hazır idi.Heç vaxt heç kəs məni izində sən olan birinin yaxşı olduguna inandıra bilmək qüdrətinə malik deyildi. Hər halda bu mənə elə gəlirdi. Mən plan quranda fələk necə mənə qəhqəhə çəkirdisə o da başqa bir mövzu)
“Səni onun yanına aparacağıq”, “Səni onunla üzbəüz qoyacağıq”, “Heç nə sən düşündüyün kimi deyil”, “Sən onu sevəcəksən tanıyandan sonra hələ tanımırsan qərar vermə” deyənlərə də elə bir bağırırdım ki, özüm öz səsimə dik atılırdı. Ayyyy bağırtmayın məni aaa onsuzda səhərdən səsim qarğa səsi kimi çıxır)) “Ola bilməzzzz!! Həyatda ola bilməzz!!!” və üzərindən də “ Mən sizə sübut edəcəm mən onu nə sevməyəcəm nə də nifrətim azalamayacaq!!! Etdiklərinizi də yanınıza qoymayacammmm!!” əlavə edirdim. İndi özüm də o sözlərimə necə peşmanam, necə gülürəm və necə utanıram təsəvvür belə edə bilməzsən, mənim birdənəm
Və nəhayət mart ayı. Mən məcburən səninlə görüşməliyəm. Həyat belə gətirib. Təsəvvür edə bilməzdim ki, Novruz bayramını da hələ nifrət etdiyimlə keçirəcəm. Və vaxt azaldıqca mənim “dır-dır” larım da sürətlə artır: “Bomba ataram onun başına” (Bomba atansan get ermənilərin başına at), “Nifrət edirəm ona!!” (Özümə nifrət etməli idim o sözləri deyəndə) “Həyatın bu günü də olacaqmış!!” (Həyatın ən gözəl günləri gəlirmiş qabaqda) , “Allah məni öldürsün onunla üz-üzə gəlməyim!!” (Allah eləməsin, Allah bizi daha çox üz üzə gətirsin bundan sonra, imkan varsa lap bütün ömrümüzü bir yerdə yaşayaq, mən türklər demişkən “iyice niyyeti bozdum artık ilani-aşk ediyorum”) . Və nəhayət ayın 18-i gecə. Sənə qarğış edə-edə yuxuya getməyə çalışıram : ))) və eləcə də yuxuya gedirəm. Ayın 19-u axşam saat 10-a 8 dəqiqə işləyir və sənin bir addımlığındayam, bir neçə saniyə sonra biz görüşəcəyik, ürəyimin döyüntüsü qulaqlarımda əks-səda verir. Budur o an....Səninlə üz-üzə gəldim..özüdə necə sərt addımlarla sənə dogru irəliləyirəm..1!!2!!!3!!!4!! Saçlarımı da külək havada uçurur, üz-gözümə çırpır..5!!!!6!!!!7.....Səninlə üz-üzəyəm..Gülümsəyirsən mənə mehribancasına.Bütün qohum-əqraban öz gözəl terminlərimə danışsam “bütün sülalən” də ətrafımdadır. “Xoş gəlmisən”, “Gözümüz üstündə yerin var”, “İşıq gətirdin evimizə, həyətimizə, yurdumuza” və s.və i. Bütün mehriban və səmimi sözlər təqib edir məni. İçtən gəldiyi də hiss olunur. Donub qalmışam. Sən isə hər kəsdən daha mehribansan. Hmm..dəfələrcə etdiyim etirafı bir daha edim. Sən çox yaraşıqlısan. Sənə vuruldum elə ilk baxışdan. Məni əzizləmişdin. Əlimi tutub gəzdirirdin məni. Yaraşığına heyran olmuşdum. Gözümü səndən çəkə bilmirdim. Və bayramı da birlikdə keçirdik. Sən məni elə əzizləmişdin ki, təslim bayraqlarım havada uçuşurdu. Bir anda olsun ayrılmırdım səndən. Birlikdə bir çox yerləri gəzdik. Ətrafımız adamlarla dolu idi : Sənin və mənim dogmalarımla. Amma biz yalnız bir birimizi görürdük. Sən məni , mən səni. Tez-tez mənə “Səni sevirəm” deyirdin, “ Yaxşı ki, gəldin” , “Yaxşı ki, həyatımdasan” deyirdin. Gülümsəyirdim elə bütün günü. İçimdə iki cümlə söz tufan qoparırdı. Amma özüm özümdən utanırdım sənə nifrətim üçün.
Biz birlikdə çox yerləri gəzdik: Sərhəddən başlayaraq, Əliabadı, Hüseyn Cavid məqbərəsini, Mömünə Xatun məqbərəsini, Qızlar Bulağını, Ordubadı, Şəruru, Sədərəyi və indi həyəcanımdan xatırlamadığım daha bir neçə yeri. Və ayın 26-da biz ayrıldıq. Sərhəddə mənə baxırdın sevgi dolu gözlərlə “Yenə gözləyəcəm, gəl...Səni sevirəm...” deyə pıçıldadın.. Artıq o iki cümləni saxlamağımın yeri yox idi..Və etiraf etdim sənə...


“SƏNİ DƏLİCƏSİNƏ SEVİRƏM, NAXÇIVAN.....”
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder