25 Nisan 2012 Çarşamba

Gedək Şuşada ölək..





Adımızı yazanda
Hərə bir cür yozurdu..
Gedək Şuşada ölək..
Başdaşımız hazırdı..


İyirmi ilə gəlib çıxdıq. Onsuz 20ci ilə..Onun olmadığı 20ci il..Şuşanı deyirəm...Bu gün Eurovisiondakı mahnımızın sözlərinin nöqtə vergülündən tutmuş Aygün Kazımovanın niyə Qaraçuxurlu ola bilmədiyinə qədər əzbər bilən amma Şuşanın işğalının neçənci ili olduğunu, ümumiyyətlə Şuşanın ərazisi, əhalisi, niyə, nə üçün, necə işğal olunduğunu bilməyənlərimiz var. Bəli! Var! Bilirsiniz, ilin üç yüz altmış neçə günündə bəlkə hər gün düşünürəm işğalda olan ərazilərimizi. Amma hansı gün ki, işğal günü, faciə günü, qətliam günü çatır bütün işimi gücümü buraxıb saxta "patriotkaları" və "patriotları" izləməklə məşğul oluram. Səksənməyin! Heç kəsə məhkəmə qurulmur! İlin 1 günündə belə profilində vətən sevgisini, yurd həsrətini ifadə etməyənlər, dilinə gətirməyənlər, yadına salmayanlar (təbii ki hər kəs bura daxil və aid deyil) həmin gün vay-şüvən edəndə torpaqların işğalı da yadımdan çıxır, məşğul oluram onların "vicdan soyqırımları, arsızlıq işğalları"nı izləməklə. Necə də əl qatırlar özlərinə, necə də yazıb doldururlar profilləri, səhifələri. Baxan da deyir ki, vallah bunları buraxsan "İli Karabax budet moim ili vsyo Armeniya" məsələsi. Oskarmı versək, Nobelmi alsaq bunlara bilmirəm.Nə isə.
20-ci il də gəlib çatdı. Nə bu tarixi yadda saxlayanlara baxdı, nə də yadda saxlamayanlara. Şuşanın nə meydanlarda keçirilən mitinqlərə, nə facebookda yazılan statuslara, nə mənim kimi blog yazanların yazılarına, nə onun şərəfinə şeir deyənlərə, nə mahnı oxuyanların heç birinə ehtiyacı yoxdur!!! Bəli yoxdur!!! Şuşanın doğma nəfəsə, doğma bayrağa ehtiyacı var. 20 ildir ora yaz gəlmir...20 ildir həsrətdən göynəyir.. 20 ildir əli uzalı qalıb Azərbaycana.. 20 ildir acı-acı gülümsəyir bizim hər il "bir il də Şuşasız" deməmizə.. Biz isə ölürük təzə ilə köhnə arzularla keçmək üçün.
Bu gün ümidini itirənlərə və ümidini itirməyənlərə bölünüb millət. Şuşa sarıdan deyirəm. Mən ikincilərin içindəyəm. Nə qədər Polyanna kimi baxsalarda mənə bu diləyim üçün yenə də ümidliyəm. Bayraq meydanında bayrağımız asılanda cırıldı bir gecədə. Hərə onu bir cür yozdu. "ucuz parça", "bundan artıq olmaz" və s. versiyalarla. Mən isə başqa cür yozdum. Bayraq cırılmaqla bir şeyi dedi " Əvvəl Qarabağa, əvvəl Şuşaya..."
Belə. Allah səbr verməsin, Azərbaycan! Allah səbr verməsin, Vətən! Sənə səbr yaraşmır. Şuşasız heç yaraşmır.

Qələbənə tezliklə qovuşmaq ümidi ilə..

24 Nisan 2012 Salı



Irade Aytel

Əliмdən аsılаn tеlеfоndаn
аsılа qаlмışам
Hаvаdа qаlаn аyаqlаrıм sustаlır bir-bir,
Sамаn çöpüdür
оn аltı ildir
gözü yоl çəkən
dоğма bir nöмrə
Yüz dохsаn bir!
Utаnа-utаnа
əl аçırам о dоğма nöмrəyə
Rəqəмlər
dəstəyin dаr küçələriylə
hаrаsа cаn аtır мəniм yеriмə.
Qulаğıма səslər gəlir.
Uğultu,
Ufultu,
Inilti səsləri.
Yаnмış dаşlаrа,
Dоnмuş quşlаrа,
Dirilərin аyаğı аltındа ölən bаş dаşlаrа
аcıq vеrən,
аt оynаdаn küləyin uğultusu.
Göylərdə bоğulаn ruhlаrın ufultusu,
Döyülən,
Söyülən,
Əyilən tоrpаğın iniltisi
Yеrdən üzülмüş аyаqlаrıм
Göydən də üzülür.
Səbriм qəh-qəhə çəkir,
Səbriм özünə gülür,
Cаvаb vеrмir
Yüz dохsаn bir!
Cаvаb vеrмir Şuşам
Utаnırам!

23 Nisan 2012 Pazartesi

Qarabağın məktubu



Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir.Amma çox soyuqdur.Qış gəlib.Tezliklə qar yağacaq,soyuq da şiddətlənəcək.Tək olanda - soyuğu bərk hiss edirəm!

Ayrığılımızın 16 ili tamam oldu.Mən sənə çox yazırdım.Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan.Bəlkə almısan,amma heç oxumamısan.Kim bilir,bəlkə məsləhət belə imiş.Ancaq,bilirəm ki,oxusaydın vicdan əzabı çəkərdin,narahat olardın.Mən sənin oğlunam və hər şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki,xoşuna gəlməzdi.Ona görə də çox vaxt susuram və özümü elə aparıram ki,guya mən hər şeyə dözə bilirəm.Həqiqətən hər şey normaldır.Artıq - normaldır.Sən məni satandan sonra,mən onların dilində danışıram.İlk zamanlar çətin idi.Mənə deyirdilər ki,ana dilimizi unuda bilmirəm,çünki genetik əsası var dilimizin.Ancaq sən o dili amansız məhv edirdin,dağıdırdın.

Ata,sən istəyirdin ki,mən çoxlu dillərdə danışa bilim.Bu həqiqətdir.Bunu mən unutmaram.Sən o biri uşaqlarına da məcbur edirdin ki,kələ-kötür də olsa,müxtəlif dillərdə danışsınlar.Qonaqların xətrinə dəymək istəmirdin.Mən təəccüblənirdim.Öz-özümə deyirdim ki,axı niyə qorxmalısan,qonaqlar yox?Niyə onlar ev yiyəsinin dilində danışmağı öyrənmirdilər? Eh...Bizdə həmişə hər şey tərs olurdu!Mən isə hamıdan ibrət dərsi götürürdüm...Çalışırdım hamı ilə onların dilində danışım.Deyirdim ki,qoy onlar inciməsinlər.Qoy deməsinlər ki lovğalanıram.

Ata,xiffət çəkmə,mən həmişə başa düşürdüm.Sən mənə "hamıdan qəşəngsən,sevimlisən,istedadlısan" demirdin.Ancaq buna baxmayaraq dərk edirdim ki,mənim ailədə xüsusi yerim var.İndi oturub fikirləşirəm ki,axı mənim nəyimə lazım idi bu gözəllik,büyün bu təriflər?Gözəlliyim başıma bəla oldu,ata!Ətrafdakıları qıcıqlandırırdı mənim gözəlliyim.Elə paxıllıq edirdilər ki,sanki dünyanın yarısını alt-üst etdi mənim gözəlliyim.Heç kəsə qalmadı.Heç kimə nəsib olmadı.Ata,mənim bu gözəlliyimə bu da azdır!

Bu 16 illik ayrılıq ərzində arıqlamışam,kobudlaşmışam.O vaxtkı mehribanlığımdan əsər-əlamət qalmayıb.Kim bilir,bəlkə də bu hərbi ciddilik mənə daha çox yaraşır.Mən indi kişiləşmişəm və kifirləşmişəm.Bu da əbəsdir,ata!Heç bilmirəm nəyimə lazımdır bunlar:kimi mən qorxuda bilərəm belə kişiliklə?Səni?

Ata,birlikdə olduğumuz günlər üçün darıxıram...Biz ayrılandan sonra,mən hər gecə müxtəlif yuxular görürəm.Yuxuda biz bir yerdəyik.Doğma dilimizdə danışırıq.Yuxuda mən çox sevincliyəm,yaraşıqlıyam,yaralarımın,işgən cə yaralarının yeri bilinmir.Ata,yuxuda mən mahnı oxuyuram,səsimin əks-sədası yuxumu oyadır!

Bilirsən,ata,mən sənə demək istəmirdim,amma indi mənim adımı dəyişiblər.Bağışla,amma mənə öz adlarını veriblər.İndi mənim adım A... ilə başlayır.Yox,yox ardını yazmayacağam.Sənin xoşuna gəlməz.Sənin keyfini pozmaq istəmirəm.Sənin başın vacib işlərə qarışıb,səni vacib işlərdən ayırmaq istəmirəm.Ümumiyyətlə,ola bilsin sənə yazdığım məktub - böyük bir səhvdir!Nahaq yerə bunu sənə yazdım - səni vacib işlərdən ayırdım.Amma,inan,ürəyim bulanır!Ətrafda bircə dənə də olsun doğma adam yoxdur.Hər tərəfdə onlardır...Çalışırlar mənim ruhumu dəyişsinlər,özlərinə oxşatmaq istəyirlər.Ata mənim müqavimət göstərməyə taqətim qalmayıb.Mən susuram və bütün təhqirlərə,rəzilliklərə dözürəm.Mən öz halıma öyrəşmişəm və manqurta çevrilmişəm.Bilirsən ata,16 il köklərimi qırıb atmağa kifayət deyil!Lakin bu köklərin üstündə yeni nəsil törətməyə 16 il yetər.Ola bilsin biz nə vaxtsa görüşdük,amma o vaxt sən məni artıq tanımayacaqsan.Hərcmərclik və mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb.Bax bunu mən sənə ,ata,heç vaxt bağışlamayacağam!

P.S. Axmaq suala görə üzr istəyirəm - bəs sən məni qaytarmaq istəmirsən?

İmza : Sənin oğlun Qarabağ

Gedən...

 
 
Hamımız həyatımızda çətinliklər yaşayırıq mütləq. Ağrılar, dərdlər, bədbəxtliklər, ümidsizliklər. Bunlar həyatın gerçəkləridir. Sevgi ağrısıdır bəlkə insana ən çox ən çox acı çəkdirə bilən. Həyatın nə qədər boş olduğunun düşünüldüyü anlar vardır. Onlardan birisindəsən. Gedib dəniz sahilində bəzən dənizi izləyirsən. Bir parça dinclik tapmaq xəyalıyla baxırsan sonsuz maviliyə. Həyatda yapışacaq bir şeylər axtarırsan. Yapışmaq məcburiyyətindəsən, həyata davam etmək və sırf bəzilərinin inadına məcburən də olsa gülümsəməlisən. Günlər keçər, sıradan, adi günlər... Sonra biri çıxar qarşına. Gözləri ən parlaq ulduzdan belə daha parlaq gəlir sizə . Bəzən əhəmiyyət verməzsən bu vəziyyətə əvvəl, çünki bəlkə də hər hansı biridir. Həyatına girib çıxmış yüzlərlə insandan yalnız biri. Yolda görüb davam etdiyin insanlardan biri. Dəyəri sıfırdır sənin üçün ilk başda. Sonra tanımaya başlarsan, tanıdıqca sevməyə. Bir vərdiş tutar səni, pəncələriylə sıxar ürəyini. Qopa bilməzsən. Danışdıqca daha çox sıxar ürəyini o pəncələr. Ürək artıq partlayacaq nöqtəyə gəlmişdir. Amma kimsəyə də izah edə bilməzsən. Nə anana, nə atana, nə də ən yaxın dostuna. Hər hansı biri kimi tanıdarsan onu ətrafındakılara. Qarşındakına belə söyləyə bilməzsən dəyərini. Baha biçilə bilməz olmuşdur artıq sənin üçün. Onsuz keçən beş dəqiqə, ömründən illər aparar. O da sənin kimi zənn edərsən. '' O da mənim kimi sevir '' deyərsən içdən içə. Beləcə davam edər günlər. O artıq sənin bir parçan olmuşdur. Yatarsan ağlında o, qalxarsan yenə ağlında o. Yuxularında belə onunlasan, onun yanındasan. Onun xəyalıyla keçər dəqiqələr, saniyələr amma bir an gəlir.....

O gedər. Getdiyi zaman nə qədər çox şey apardığının fərqində deyil. Ürəyindən bir parça aparar gedişiylə birlikdə. Min parçaya bölünmüşdür ürəyin, bədənin, beynin artıq. Əlindən gələn hər şeyi edərsən bu gedişdən sonra. Unutmaq üçün. Silmək üçün. Silə bilməzsən. Şəkilinin qarşısına oturub dəqiqələrlə danışarsan, suallar verərsən Ona. Saatlar əvvəl səninlə nəfəs aldığını sandığın insan, artıq həyatının bir parçası deyil. Və ən pisi odur ki, o kədərlənməz sənin kədərləndiyin qədər. Davam edər həyatına. Bəlkə də sənə etdiyi ''qəbul edilə bilməz'' şeylərdən sonra belə haqlı olduğunu düşünər, həyatına əyləncəli bir şəkildə davam edər. Anlayarsan ki, sən bir heçmişsən onun gözündə. Bəlkə heçdən belə az. Edilən sözlər, danışılanlar, paylaşılanlar, verilən sözlər, edilən andlar heç bir şey ifadə etmirmiş qarşı tərəf üçün. Heç olma duyğusu bu həyatda hiss edilə biləcək ən pis şeylərdən biridir. Sən onu dəftərinin ən baş küncünə yazarkən, o bir silgi zərbəsiylə silər səni. Tozlarını belə təmizləməz. O sənin ürəyindədir, sən onun beynində. İnsan beyindən çox daha tez silir bəzilərini. Ürəkdən silmək üçünsə çox daha çox zaman lazımdır. Ürək beyindən kiçikdir, çox az insan sığar oraya. Ona görə silmək işi tələb edir. "Anladım ki mənim içimi cız etdirən ona vız gəlir." demiş İskəndər. Tam olaraq vəziyyət belədir. Sənin ürəyin yanarkən, o əylənir, gəzir. Sənin ürəyin onla doluykən onun ürəyində səndən əsər yoxdur. Sən onu unutmaq üçün hər şeyinlə mübarizə edərkən, onun səni unutması ən çox 15 dəqiqə davam edir. İnsana ən çox təsir edən də elə budur

Yaxşı, edilməsi lazım olan nədir? Nə etmək lazımdır bu müddəti sovuşdurmaq üçün. İnanın ki, bilmirəm. Bilənin olduğunu da zənn etmirəm. Zaman hər şeyin dərmanıdır bəlkə də. Bəlkə də xəyallarınızdakını daha çox sevəcəksiniz, bəlkə də intiqam hissiylə alışıb yanacaqsınız... Amma inanın ki, yenə də düşünməmək ən gözəlidir. Düşünmədən, hiss etmədən yaşamaq. Xəyal etmədən, ümidlənmədən bir şəkildə həyata yapışmaq. Ola biləcək bir şeymi, kimsə təxmin edə bilməz. Amma həyatı bir şəkildə davam etdirmək lazımdır, nə olursa olsun. Sonda: bu həyatda dəyər bilmək mütləqdirsə, sadəcə öz dəyərinizi bilin. Bütün nağıllar "göydən 3 alma düşdü" ilə bitməsə də, hər halda bir şəkildə bitirir bitirmək istəyən.

22 Nisan 2012 Pazar

Əlimizə saglıq:)



 Öyrəndiklərimi öyrətməkdən heç vaxt çəkinməmişəm. Əksinə, bundan həmişə sonsuz zövq almışam. Çünki, mən də kimdənsə, hardansa öyrənmişəm. Elə bu düşüncəylə  Facebookda bir səhifə açdım. Yaxşı və ya pisliyini deyə bilməyəcəm. Ona üzvlər qərar verəcək və bu onların birinci haqqıdır. Səhifə dedim yadıma düşdü. Facebookda sonsuz sayda səhifə var. Fırıldaq gələn, fırıldaq gəlməyə çalışan, fırıldaq gəlməyə hazırlaşan. Üzv sayını çoxaltmaq üçün nələr və nələrə əl atan, insanların əsəblərini oynadan. Amma mənim səhifəm bu səhifələrin heç birindən olmayacaq və heç birinin yolunu davam etdirməyəcək. Əyər mən işimin keyfiyyətinə zəmanət verirərmsə 10 üzv sayım belə olsa, onlar işimdən razı qalsa da mənə bəsdir. Səhifəmin işi isə mətbəxdir. Təkcə mətbəxdə yemək bişirmək yox həm də dizayn işi. Həmişə dediyim kimi yenə deyirəm tərtibatdan, dizayndan çox şey asılıdır. Qurbağa ətini elə təqdim edə bilərsən ki, hamının heyrətdən matı quruyar və onu yemək istəyər. Toyuq ətini elə təqdim edə bilərsən ki, yemək istəyən də yeməz. Deməli nə? Tərtibat öz sözünü bütün hallarda deyir. Nəysə, yenə mənim danışıq "işıforum" xarab oldu:))) dayana bilmirəm. Əyər sizə səhifəm maraqlıdırsa linki qoyuram bu mətndə ordan gəlin, baxın, öyrənək. Bəli öyrənək, məhz öyrənək. öyrənin yox öyrənək. Bilmək olmaz bəlkə mənim də sizdən öyrənəcəyim nələrsə var:)



https://www.facebook.com/pages/%C6%8Flimiz%C9%99-sa%C4%9Fl%C4%B1q/364383000279036