23 Nisan 2012 Pazartesi

Qarabağın məktubu



Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir.Amma çox soyuqdur.Qış gəlib.Tezliklə qar yağacaq,soyuq da şiddətlənəcək.Tək olanda - soyuğu bərk hiss edirəm!

Ayrığılımızın 16 ili tamam oldu.Mən sənə çox yazırdım.Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan.Bəlkə almısan,amma heç oxumamısan.Kim bilir,bəlkə məsləhət belə imiş.Ancaq,bilirəm ki,oxusaydın vicdan əzabı çəkərdin,narahat olardın.Mən sənin oğlunam və hər şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki,xoşuna gəlməzdi.Ona görə də çox vaxt susuram və özümü elə aparıram ki,guya mən hər şeyə dözə bilirəm.Həqiqətən hər şey normaldır.Artıq - normaldır.Sən məni satandan sonra,mən onların dilində danışıram.İlk zamanlar çətin idi.Mənə deyirdilər ki,ana dilimizi unuda bilmirəm,çünki genetik əsası var dilimizin.Ancaq sən o dili amansız məhv edirdin,dağıdırdın.

Ata,sən istəyirdin ki,mən çoxlu dillərdə danışa bilim.Bu həqiqətdir.Bunu mən unutmaram.Sən o biri uşaqlarına da məcbur edirdin ki,kələ-kötür də olsa,müxtəlif dillərdə danışsınlar.Qonaqların xətrinə dəymək istəmirdin.Mən təəccüblənirdim.Öz-özümə deyirdim ki,axı niyə qorxmalısan,qonaqlar yox?Niyə onlar ev yiyəsinin dilində danışmağı öyrənmirdilər? Eh...Bizdə həmişə hər şey tərs olurdu!Mən isə hamıdan ibrət dərsi götürürdüm...Çalışırdım hamı ilə onların dilində danışım.Deyirdim ki,qoy onlar inciməsinlər.Qoy deməsinlər ki lovğalanıram.

Ata,xiffət çəkmə,mən həmişə başa düşürdüm.Sən mənə "hamıdan qəşəngsən,sevimlisən,istedadlısan" demirdin.Ancaq buna baxmayaraq dərk edirdim ki,mənim ailədə xüsusi yerim var.İndi oturub fikirləşirəm ki,axı mənim nəyimə lazım idi bu gözəllik,büyün bu təriflər?Gözəlliyim başıma bəla oldu,ata!Ətrafdakıları qıcıqlandırırdı mənim gözəlliyim.Elə paxıllıq edirdilər ki,sanki dünyanın yarısını alt-üst etdi mənim gözəlliyim.Heç kəsə qalmadı.Heç kimə nəsib olmadı.Ata,mənim bu gözəlliyimə bu da azdır!

Bu 16 illik ayrılıq ərzində arıqlamışam,kobudlaşmışam.O vaxtkı mehribanlığımdan əsər-əlamət qalmayıb.Kim bilir,bəlkə də bu hərbi ciddilik mənə daha çox yaraşır.Mən indi kişiləşmişəm və kifirləşmişəm.Bu da əbəsdir,ata!Heç bilmirəm nəyimə lazımdır bunlar:kimi mən qorxuda bilərəm belə kişiliklə?Səni?

Ata,birlikdə olduğumuz günlər üçün darıxıram...Biz ayrılandan sonra,mən hər gecə müxtəlif yuxular görürəm.Yuxuda biz bir yerdəyik.Doğma dilimizdə danışırıq.Yuxuda mən çox sevincliyəm,yaraşıqlıyam,yaralarımın,işgən cə yaralarının yeri bilinmir.Ata,yuxuda mən mahnı oxuyuram,səsimin əks-sədası yuxumu oyadır!

Bilirsən,ata,mən sənə demək istəmirdim,amma indi mənim adımı dəyişiblər.Bağışla,amma mənə öz adlarını veriblər.İndi mənim adım A... ilə başlayır.Yox,yox ardını yazmayacağam.Sənin xoşuna gəlməz.Sənin keyfini pozmaq istəmirəm.Sənin başın vacib işlərə qarışıb,səni vacib işlərdən ayırmaq istəmirəm.Ümumiyyətlə,ola bilsin sənə yazdığım məktub - böyük bir səhvdir!Nahaq yerə bunu sənə yazdım - səni vacib işlərdən ayırdım.Amma,inan,ürəyim bulanır!Ətrafda bircə dənə də olsun doğma adam yoxdur.Hər tərəfdə onlardır...Çalışırlar mənim ruhumu dəyişsinlər,özlərinə oxşatmaq istəyirlər.Ata mənim müqavimət göstərməyə taqətim qalmayıb.Mən susuram və bütün təhqirlərə,rəzilliklərə dözürəm.Mən öz halıma öyrəşmişəm və manqurta çevrilmişəm.Bilirsən ata,16 il köklərimi qırıb atmağa kifayət deyil!Lakin bu köklərin üstündə yeni nəsil törətməyə 16 il yetər.Ola bilsin biz nə vaxtsa görüşdük,amma o vaxt sən məni artıq tanımayacaqsan.Hərcmərclik və mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb.Bax bunu mən sənə ,ata,heç vaxt bağışlamayacağam!

P.S. Axmaq suala görə üzr istəyirəm - bəs sən məni qaytarmaq istəmirsən?

İmza : Sənin oğlun Qarabağ
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder