31 Mayıs 2012 Perşembe

30 Mayıs 2012 Çarşamba

Mənim şəhid şəhərim....

Bu roliki də özüm yığmışam... Keçən il mayın 8 -də...

İllər aramıza çəkdi həsrəti...

Bu klipi özüm yığmışam , qısa da olsa mənə elə gəlir ki, maraqlıdır. Bəs sizə necə gəldi ? :)

Baxdım, baxdım güzgüyə...:)

Türk xanımlarının bloglarına baxırdım neçə vaxtdır. Baxıram ki, hamısı istifadə etdiyi kosmetikalar haqqında geniş geniş məlumatlar veriblər, məhsulun pis və ya yaxşı olduğunu açıq-aydın yazıblar. Məhsullarda yəni bizim xanımlarımızın da istifadə etdiyi "Oriflame", "Flor Mar", "Mary Kay" və digər məhsullar haqqındadır. Hətta brend olmayan məhsullardan belə istifadə ediblər. Və deyim ki, keyfiyyətinə zəmanət verdikləri məhsullar da var.
Belə düşünürəm ki, bizdə də belə bloglar olsa yaxşı olar. Belə düşünə düşünə qərar verdim ki, elə ilk özüm başlayım. Artıq nə istifadə edəcəmsə onun haqqında məlumat verəcəm. İlk öncə dırnaq bəzəklərindən danışmaq istərdim. Kosmetik mağazasında təsadüfən rast gəldim və  düzünü desəm xoşuma gəldi. İkisini alıb istifadə etməyi qərara aldım. Satıcının cidd-cəhdli tərifinə baxmayaraq heç də deyildiyi kimi yaxşı çıxmadı


Dırnaq lakını sürtdüm, qurudu sonra bu bəzəklərdən yapışdırdım. Səhər oyananda artıq bəzəklər dırnağımda yox idi. Daha doğrusu var idi, amma necə deyim "təkcə qolları, qıçları" qalmışdı , vəssəlam. Sonra Belə bir fikir gəldi ağlıma dırnaq lakını çəkim , azcıq quruduğunda bəzəkləri yapışdırım. Onu da etdim. Bir neçə saatdan sonra bəzəklər öz özünə qopub düşürdü, əlimi suya belə vurmadığım halda. Həm də barmağımda olduğu müddətcə hara gəldi, necə gəldi ilişirdi. Ona görə sevmədim bu bəzəkləri. İlk və son aldığım bu ikilikdir. Bir daha almamağa qərar verdim.:)