28 Nisan 2011 Perşembe

Hərdən ...

Hərdən illərdir gecə-gündüz həsrətini çəkdiyin ən əlçatmaz arzuna əlin çatanda sən hiss edirsən ki, əslində xoşbəxtlik bu deyilmiş və xoşbəxtliyin bu arzuna çatmağınla kiçicik olsa belə əlaqəsi yoxdur...
  Hərdən sənə isti olsa belə “mənə soyuqdur, üşüyürəm” deyirsən və o anda sənin cisminin deyil ürəyinin üşüdüyünün söyləməmək məcburiyyətində sayırsan özünü..
Hərdən “mənim ürəyimdə heç kəsə yer yoxdur” desən də əslində ürəyindəki yerin tək 1 nəfər üçün olduğunu və onun da artıq o yerə yerləşdiyini gözəl anlayırsan...
  Hərdən “mən sevgi adlı kitabı bağlamamışam, oda atıb yandırmışam” deyirsən... həm də təkidlə.. amma əslində yaxşı anlayırsan ki, yalan dedin... o kitab səninlədir...əslində sən hara getsən o sənin yanında olur.. hətta “oda atıb yandırmışam” deyə  yalan uydurduğun vaxtlarda da.. Sən onu hamıdan gizləyirsən... Sadəcə bütün dünya yuxuya gedəndə sən öz sevgi kitabınla baş başa qalıb, onun səhifələrində sevdiyin insanın ürəyinə sığınırsan...
  Hərdən “sənə nifrət edirəm” dediyin adamı əslində dünyalar qədər sevirsən...
  Hərdən günəşli havaları dünyalar qədər sevdiyin halda yağmurun yağmasını arzulayırsan...
  Hərdən ən kədərli anında belə ən sevinc dolu və gülüşünə səbəb ola biləcək bir anı xatırlayırsan və içindən xoşbəxtlikdən xəbər verəcək qəhqəhə dolu gülmək gəlir....
  Hərdən ürəyin dolu olduğundan, duyğularını sətirlərlə paylaşanda qələmin qəfildən yazmır... sən buna inad etsəndə...
  Hərdən beynində heç bir duyğun, yazmaq istəyin olmayanda sən qələmini eləcə ağ vərəqdə gəzdirirsən cızma-qara olsun deyə və sonunda görürsən ki, onun adını yazmısan...
  Hərdən həyatda ən qatı düşmənin bəlkə də özü bilmədən sənə əvəzi iki dünyada belə ödənilə bilməyəcək yaxşılıq edir...
  Hərdən ən yaxın ürək sirdaşın səni hər kəsin yanında gözükölgəli edir... və sən özünü inandırmağa çalışırsan ki, o bunu bilməyərəkdən edib...
   Hərdən günahkar olduğu halda “bağışla məni”  deməyi bacarmayan insana öz-özünə “bağışladım səni” deyirsən...
  Hərdən heç vaxt görmək istəmədiyin insanı görmək və ona doyunca baxmaq istəyirsən...
  Və hərdən də anlayırsan ki.....

Ən çox dəyər verdiyin insan bunu heçə saydısa və bu heçə sayma üzündən onu itirdinsə əslində ən böyük xoşbəxtliyi qazanmısan!

15 Nisan 2011 Cuma

Için rahat olsun

Bir eşq üçün edə biləcəyin hər şeyi etdiyinə
inanırsansa və buna baxmayaraq hələ təksənsə, için rahat
olsun. Gedən onsuz da getməyi başına qoymuşdur və
etdiklərin onun dodağında yüngül bir gülümsəmə
yaratmaqdan başqa heç bir işə yaramayacaq.
Sən özünü öldürərkən o hər vaxt bəhanələr tapmağa
hazırdır. Onun üçün ağzınla quş tutsan belə "Bu quşun qanadı
niyə ağ deyil?" deyə bir sualla qarsılaşa bilərsən.. iki ucu iti bıçaqdır bu işin.
Etdiklərinlə deyil etmədiklərinlə mühakimə olunarsan hər
zaman. Bu məhkəmədə yüngülləşdirici səbəblər yoxdur. Yaxşı
halın cəzanda endirimi təmin etməz.
Sən, "Amma sənin üçün bunu etdim" deyərkən o, "bunu
etmədin" deyə cavab verəcək. Və nə söyləsəndə
qarşılığında mütləq başqa bir iddiayla
qarşılaşacaqsan. Kədərlənmə, sən sevgini yaşanması
lazım olduğu kimi yaşadın. Darıxdın, içdin, ağladın,
güldin, mahnılar söylədin, düşündün, şeirlər yazdın.
"Yaxşı o nə etdi" demə. Hər kəs özünə cavabdehdir
sevgidə. Sən sevgini doya doya yaşayarkən o özünə
maneələr qoyursa bu onun problemidir. Bir insan əskik
yaşayırsa və bu əskikliyi bildiyi halda tamamlamaq
üçün məşğul olmursa sən nə edə bilərsən ki onun üçün?
   Hər zamanki kimi yaşayacaqsan sən. "Ağrılara yapışaraq"
yaşamağı öyrənəli çox oldu. Həm nə olmuş yəni,
təklik o qədər də pis bir şey deyil. Sən xoşbəxtliyi
heç bir zaman bir tək adama bağlamadın ki…. Çoxdur
əlinə almadığın kitablar səni gözləyir. Kitab oxuyarkən
də xoşbəxt olursan unutdunmu? Şəhərin heç görmədiyin
küçələrində gəzib yeni həyatlara şahid olmaq da kef
verəcək sənə.
Sən ürəyinin səsini dinləyənlərdənsən və bilirsən
əsas ürəkdir. Yasadığın
müddətcə o ürək var olacaq səninlə birlikdə. Sən yetər
ki, qoru ürəyini və ürəyində daşıdığın sevda
duyğusunu. Əlbət bitəcək günəşə həsrət günlər. Və o
zaman qütblərdə yetişən cılız və kiçik bitkilər
deyil, günəşin çiçəkləri dolduracaq ürəyini

Özünə dön, vətəndaş!



Özünə dön, vətəndaş! Öz dilinə, öz bayrağına, öz torpağına, vətənə, millətə olan sevginə sahib çıx! Şovinist olma, amma millətini gerçəkdən sevən ol! Vətəninin itinin ayağını xaricinin milyonuna, milyonerinə belə satma! Kiminsə öz gözündə tiri görməyib özgə gözündə axtardığı tüklərə yaltaqcasına dəstək olma! Bil! Yaltaq dəstəklər tez sıradan çıxır, həmdə elə yaltaqlandıqları tərəfindən biyabırcasına meydandan qovulur! Meydandan qovulan tülkü olmaq istəyirsənsı buyur meydan sənindir! Amma onda əsla özünü Azərbaycanlı adlandırmaq fikrinə düşmə! Buna verəcəyimizi cəza (Bəli, məhz vətən sevərlərin verəcəyi cəza) pis həmdə çox pis olacaq. Edəcəyin hərəkətdən öncə millətini dəyiş! Bunu səndən tələb edirik! Bizi kimsə bu sual qarşısında aciz qoya bilməz: “O doğurdanmı Azərbaycanlı idi?” Amma bu yolda deyilsənsə millətinin problemini millətinlə həll et! Yadelliyə danışıb özünü gülüş hədəfinə çevirmə! Yadelliylə birgə bu problemə gülüb özünü kloun vəziyyətinə qoyma! Bil (!) barmağın biri ayrı qalsa belə o əl yumruq ola bilməz! Ayrı qalan barmağa çevrilmə! Birləşib yumruq ol! Sənin qədimdən qədim, ucadan uca, fəxr edə biləcəyin bir tarixin var! Tarixindən xəbərdar ol! Susma, susdurmaq istəsələr belə, tarixini təhrif edib səni yeni cücərən bitki etsələr belə susma, tarixini sübut elə! Susma!! Sən susa-susa Gülüstanlar, Türkmənçaylar daha da çoxalacaq! Sənin başı bəlalar çəksə belə, yüz yerə parçalansa belə, bu gün yenə də başı dik, alnı açıq, üzü ağ, müstəqil Azərbaycanın var! Sən kimsənin əsarətində deyilsən! Sən müstəqil dövlətin müstəqil vətəndaşısan!
Problemlər hər yerdə həmişə olub! Bu problemlərə gülmə! Hədəfə alıb üstünə get, həll elə problemini!Sənin dövlətini, millətini, sənin torpağında yaşayan qarışqanı belə təhqir edən yadellinin üzünə gülməyi ağlına belə gətirmə! Çünki, o gülüşlərin nəticəsidir ki, bu gün kimlərinsə davamçıları sənə gülməyə cəsarət edir! Bunu gələcək nəsillərə sən də əmanət qoyma! “Humanizm” ayrıdır, HUMANİZM! ayrıdır. Səni bu günə kimi “humanizm” lə yaşayanlar HUMANİZM! çağırışıyla yuxuya verdilər. Həmişə özünü günahkar hiss elədin: Niyə mən HUMANİST ola bilmirəm? Amma əslində Sən HUMANİST idin! Sadəcə “HUMANİST”-lər səni belə çağırışlarıyla yuxuya verməli idilər, səni müqəssir çıxarmalı idilər. Sən kimsənin qadınına, qocasına, körpəsinə zərər vermədin! Sən kiminsə başına bomba yağdırmadın günahsiz yerə! Sən kimisə təhqir etmədin ən dəhşətli soyqirimla! VƏ ÜSTƏGƏL sənə qarşı edilən bu cinayətkarlığa da eyni cavabı vermədin. Bax budur Sənin Humansitliyin! Budur AZƏRBAYCAN xalqının humanistliyi! Ona görə bu gün heç kəs bizə hansısa qondarma “humanizm” dən dərs keçməsin! Buna sən imkan vermə! Tarixinlə sənə dərs keçmək istəyəni oturt yerində! Dilini kəs sənin tarixini təhrif edənin! Qanını iç sənin tarixsiz olduğunu deyənin! Bax, o zaman bax o zaman sən varsan! O zaman sən əsl Azərbaycanlısan! O zaman sənin bu torpağın üstündə gəzməyə hardasa haqqın var!
Xəyalə Kəlbiyeva

günahkarsın....

günahkarsın
sessiz sevdamsın
dua diye seni haykırdım...
ben seni damla damla içimden attım
hüznümsün, sevdam esir, ben yine yanarım
sana değil hayaline akar gözyaşım
ölümdür benim diğer adım
sanadır sessiz isyanım....

dertlerim yastığımda
senden hatıra
silinmedi izler yatağımda
günahların boynuna....
gözyaşım eylül ortasında
dinmez bir daha
günahın çok aşkımdan fazla
günahım yok sevmekten başka....

12 Nisan 2011 Salı

Ryünöske Akutaqava. VƏSİYYƏT (dostuma məktub) -2



Və axırıncısı. Mən çalışırdım ki, intihar edəcəyimdən ailəm duyuq düşməsin. Çoxaylıq hazırlıqdan sonra, nəhayət, məndə qəti fikir yarandı. (Bunu yalnız dostlarımçun yazmadığımdan, hər bir xırdalığı göstərirəm. Mən, kiminsə «intihara kömək etmək» maddəsiylə məsuliyyətə cəlb edilməsində günahkar olmaq istəmirəm. Qeyd etməliyəm ki, dünyada cinayətin adı qədər gülməli şey yoxdur. Əgər bu maddəni hərfbəhərf tətbiq etsən, cinayətkarların sayı çoxalar. Əczaçılar, silah alveri edənlər, bıçaq satanlar onlara «heç nə məlum deyil» desələr də, bu sözlər hökmən şübhə yaradacaq, çünki onlara müraciət edən insanların xarici görkəmi məqsədlərini büruzə verir. Bundan başqa, cəmiyyətin özü və onun qanunları da intihar edənə kömək olur. Nəhayət, belə cinayətkarlar həmişə xoşniyyətli olurlar.) Mən soyuqqanlılıqla hazırlığımı qaytardım və indi ölümlə təkbətək qalmışam. Mənim daxili vəziyyətim Maynlenderin təsvir etdiyi kimidir.Biz, gələcəkdə vəhşiləşəcək insanlar ölümdən heyvan kimi qorxuruq. Əslində, həyat eşqi – heyvani qüvvənin başqa adıdır. Mən də belə heyvanlardan biriyəm. Lakin, iştahasını itirən insan, tədricən heyvani qüvvəsini də itirir. İndi mən, buz kimi şəffaf dünyada, əsəbləri xəstə olanların dünyasında yaşayıram. Dünən axşam, mən bir fahişədən onun nə qədər qazandığını (!) soruşdum və hiss etdim ki, biz, «yaşamaq üçün yaşayan» insanlar nə qədər də miskinik, zavallıyıq. Əgər biz əbədi yuxuya qərq olsaq, xoşbəxt olmasaq da, heç olmasa sakitlik taparıq. Amma, intihar etməyim hələ sual altındadır. Mənimçün təkcə təbiət daha da gözəlləşib. Sən təbiətin gözəlliklərinə tamaşa edirsən və yəqin ki, özünü öldürmək istəyən adamın ziddiyyətli fikirlərinə gülürsən. Lakin iş onda deyil ki, təbiətin gözəllikləri ölüm saatında gözümün qabağına gəlir. Mən gördüm və başqa insanlara nisbətən daha çox anladım, daha çox sevdim. Təkcə elə bu, mənimçün əzab olsa da, kifayətdir. Səndən çox xahiş edirəm ki, ölümümdən bir neçə il sonra bu məktubu dərc etdirmə. Qoy, mənim xəstəlikdən öldüyümü zənn etsinlər.



Q E Y D . Mən Empedoklun tərcümeyi-halını oxudum və hiss etdim ki, insanların allah olmaq yanğısı ta qədimdən gəlir. Bu məktubumda mən özümü allahlaşdırmıram. Əksinə, mən zavallı bir insanam. Müqəddəs əncir ağacının altında oturub özünü Etnanın kraterinə atan Empedokl haqqında söhbət etməyimiz yadındadrmı? O vaxt mən allah olmaq istəyənlərdən biriydim.

Ryünöske Akutaqava. VƏSİYYƏT (dostuma məktub) -1

İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq mənə gəldikdə, bu səbəb – məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərimə inanmayasan. Həm də, onillik təcrübəm mənə deyir ki, yaxın adamlarım mənim vəziyyətimə düşməyincə, dediklərimə fikir verməyəcəklər.Son iki ili mən, ancaq ölüm barədə düşünürəm. Və belə bir əsəbi gərginlik içərisində, Maynlenderi oxudum. O, ölümə aparan yolu mücərrəd də olsa, gözəl təsvir edib. Buna sözüm yox. Mən də belə etmək istəyirəm, lakin konkret olaraq. Ailəmin halına acımaq kimi anlayışlar, mənim bu arzumun qarşısında heç nədir. Bəlkə də, sən bunu inhuman adlandıracaqsan. Lakin mənim etmək istədiyim qeyri-insanidirsə, deməli, mən sümüklərimə qədər vəhşiyəm.Nə olur-olsun, mən ancaq həqiqəti yazmalıyam. (Mən artıq öz gələcəyimçün gizli olan bu həyəcanı analiz etmişəm. Bu haqda «Əbləhin həyatı»nda yazmaq istəyirdim. Yalnız yaşadığım sosial şərtlər, – arxamca kölgə kimi sürünən feodal anlayışlar ucbatından bunu qəsdən etməməyə məcbur oldum. Niyə qəsdən? Çünki biz, bu günün insanları feodalizm kölgəsində yaşayırıq. Mən səhnədən başqa fonu, işıqlandırmanı, personajların – ilk növbədə özümün davranışımı təsvir etmək istədim. Sosial şərtlərə gəlincə, bunun mənimçün aydın olmağına şübhəm var.) Əvvəlcə, əzabsız ölmək üçün nə etmək haqqında düşündüm. Yəqin ki, bunun üçün ən yaxşı üsul – özünü asmaqdır. Amma özünü asan adamın estetik cəhətdən xoşagəlməzliyi məni fikrimdən daşındırdı. (Yadımdadır, sevdiyim qadının heroqlifləri pis, kobud yazdığını gördükdə, ona olan məhəbbətim də sönmüşdü.) Suda boğulmaqla da istədiyim nəticəni ala bilməzdim, çünki mən üzə bilirəm. Hətta buna müvəffəq olsaydım belə, bu vaxt özümü asmaqdan da çox əzab çəkərdim. Özümü qatarın altına atıb intihar etməksə, daha xoşagəlməz olardı. Bıçaqla ya da güllə özümü vurmağı bacarmaram, çünki əllərim əsir. Çoxmərtəbəli evin damından atılsaydım, bu, lap biabırçılıq olardı. Bütün bunları nəzərə alaraq, yuxugətirici dərmanın köməyilə ölməyi qərara aldım. Bu yolla ölmək özünü asmaqdan da əzablıdır. Lakin, bu, asılmaq qədər ikrah doğurmur. Həm də, bu üsulun bir üstünlüyü də var ki, məni həyata qaytarmaq təhlükəsi olmur. Düzdür, yuxugətiricini tapmaq o qədər də asan deyil. Lakin, intihar etməyi qəti qərara aldığımdan, onu tapmaq üçün bütün imkanlarımdan istifadə etməyə çalışacağam. Və eyni zamanda toksikologiya haqqında daha çox məlumat əldə etmək istəyirəm.Sonra, harda intihar edəcəyim haqqında fikirləşdim. Ölümümdən sonra ailəm mənim mirasıma sahib durmalıdır. Mənim əmlakım: yüz subo torpaqdan, evdən, müəlliflik hüququmdan və iki min ienlik kapitaldan ibarətdir. Özümü öldürdükdən sonra evimin pis ad qazanacağından narahat oldum. Və bağ evləri olan burjuylara paxıllığım tutdu. Sözlərim, yəqin ki, səni təəccübləndirəcək. Başıma belə fikirlərin gəlməsi, elə özümü də heyrətləndirdi. Bu fikirlər yaxşı deyil, başqa cür də ola bilməz. Mən elə intihar etmək istəyirəm ki, cəsədimi ailəmdən başqa görən olmasın.Ancaq, intihar etməyin üsulunu seçsəm də, mən az da olsa, hələ həyata bağlıydım. Ona görə də tramplin lazımdı. (Sarısaçlılar kimi, mən, intihar etməyi günah saymıram. Məlumdur ki, Sakya-Muni nəsihətlərinin birində şagirdinin özünü öldürməsini təqdir etmişdi. Onun yaltaq ardıcılları bu təqdiri «zəruri» halda sözüylə bəzədilər. Lakin, «zəruri» haqqında danışan kənar müşahidəçilər, heç vaxt fövqəladə, inanılmaz vəziyyətə düşməyiblər ki, faciəvi surətdə ölmək qərarına gəlsinlər. Hər bir intihar edən şəxs bu «zəruri» halı öz bildiyi kimi başa düşüb ölməyə qərar verir. Əvvəllər, özünə qəsd edən insanlar mütləq cəsarətli olmalıydılar.) bir qayda olaraq, belə tramplin rolunu qadın oynayır. Kleyst intihar etməmişdən qabaq bir neçə dəfə öz dostunu ona yoldaş olmağa dəvət etmişdi. Rasin də Senada Molyer və Bualo ilə birlikdə boğulmaq istəmişdi. Təəssüf ki, mənim belə dostlarım yoxdur. Doğrudur, bir qadın tanışım mənimlə birlikdə ölmək istəmişdi. Əksinə, illər keçdikcə sentimental olduğumdan, mən ilk növbədə elə etmək istəyirdim ki, arvadım artıq əzab-əziyyətə düşməsin. Bundan başqa, tək özümü öldürməyim iki nəfərin birlikdə intihar etməsindən qat-qat asandır. Bu həm də rahatdır: intihar etməyin vaxtını sərbəst seçə bilərsən.

Vətən sənə “oğul” dedi.

Həmin gün Qara dəniz daha möhkəm çırpınırdı..Həmin gün Azərbaycan Türkünün bayrağı nə səmada, nə hansısa əllərdə özünə yer tapa bilmirdi.. Həmin gün Azərbaycan matəm tutmuşdu..Həmin gün onun qollarına qandal vurulurdu çünki… Ona qarşı yönələn fikirlər müxtəlif oldu. Kimi cinayətkar dedi, kimi əsl qəhrəman dedi. Bu fikirlərdən həqiqət olanını isə sadəcə bu 5 illik tarix sübut etdi. O Qəhrəmandır!! Bəli o qəhrəmandır! Kimlərsə bunu qəbul edib həzm edə bilməsə belə (özlərinə sərf etmədiyinə görə) o qəhrəmandır! O qəhrəmanlığını sübut etdi. Bayraq onun üçün namus idi. Mənim, anamın, bacımın, anasının, bacısının və bütün Azərbaycan qızlarının, qadınlarının namusu. Bayrağımızı- namusumuzu öz səviyyəsinə uyğun kəlimlərəiylə təhqir etməyə cəhd edən isə layiqli cavabını aldı! Bax, ən böyük həqiqət budur. Fikirlər müxtəlif ola bilər, amma həqiqət birdir. Bütün fikirlərə hörmətim var. Amma.... Ramili “cinayətkar” adlandıraraq, öldürülən erməni zabiti qurgen marqaryanin Azərbaycandakı gizli tərəfdaşlarına açıq –aşkar soruşuram:
1.Vətən məfhumu sizin üçün nədir?
2.Bayraq anlayışı sizin üçün nədir?
3.Ramilin vəziyyətində olsaydınız eynilə bayrağınızı, vətəninizi təhqir etsəydilər və üstəgəl bu təhqir edən başınıza faciələr gətirən bir vəhşi millətin nümayəndəsi olsaydı nə edərdiniz?
Fikrimi bir az açıq çatdırım. Bayraq sizin üçün namus olsaydı və o bayraq söyülsəydi nə edərdiniz? O bayrağı söyəni öpüb gözünüz üstə qoyardınız yoxsa necə? Yenə də cinayətkardır o deyə fikrinizdə qalırsınızsa yuxarıda verdiyim suala cavab verməyin, cavab bəllidir. Bir çox fikir yürütdülər. “O erməninin yatdığı yerdə öldürüb”. Bunu məhkəmə belə demədi,, ermənilər belə demədi( Baxın haaa, yalan danışmağı ənənəyə çevirən ermənilər belə bu yalanı boyunlarına götürmədilər, bəzi cılız millətçilərindən başqa hansı ki, onlarda məhkəmədən işlə tanış olduqdan sonar məhz bu fakt haqqında susdular!)( Əslində isə işdən xəbəri olmayanlar, həmin gecə qurgen marqaryan yumruğunu divara çırparaq Azərbaycanı təhqir edirmiş. Bir faktı da qeyd edim ki, Ramilin və qurgenin otaqları yanaşı olub.Və Ramil o zaman artıq son verməyi qərara alıb. )amma “cinayətkarı” sevməyən sapı özümüzdən olan küt və geydirmə baltalar dedilər. Amma görəsən hansı faktlara əsasən? Kimlərinsə önünüzə atdığı bir parça yeməyə görəmi görəsən onu cinayətkar adlandırırsınız? Yoxsa öz fikriniz belədir? Əyər öz fikriniz belədirsə onda 20 yanvarda, Xocalıda, Ağdamda, Cəbrayılda, Şuşada və digər işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən insanları görməmiş olmazsınız. Onları yadınıza salıram!! Əyər yenə cinayətkardır deyirsinizsə vicdanınıza şirin yuxular arzulayıram. Yuxusu şirin olsun.”Öləndə insandır” deyirsiniz?!Öldürülən körpələr, öldürülən qocalar,qarnına süngü keçirilən hamilə qadın, başının dərisi soyulan 24 yaşlı cavan, diri-diri divara mismarla vurulan 3 yaşlı körpə insan deyildimi görəsən? Yad ölkədə, xarici vətəndaşların içində şərəfimizi, namusumuzu təhqir etdiyinə görə öldürülən bir erməni zabitinin ölümündəmi insanlıq yada düşdü?!!Oyan artıq, vətəndaşım, xahiş edirəm səndən. Bəsdir, ermənilərin Azərbaycandakı propaqandalarının fikirlərinə uydun, bəsdir zombiləşdin!Yenə deyirəm, bu yazıdan sonra yenə hər kəsi öz fikriniə buraxıram. Zabitimizi olduğundan daha çox ideallaşdırmaq fikrim yoxdur. Amma zabitimizi cinayətkar edənlərin sadəcə masasının üzərində sual qoyuram. Buyurun. Sizdən (Ramil Səfərova “cinayətkar” deyənlərdən) sadəcə bu suallara cavab vermənizi istəyirəm. Amma əyər varsa vicdanınız ilə…

Xəyalə Kəlbiyeva

Allahım...

Dedim: Çok yalnızım.

Dedin: ... فَإِنِّي قَرِيبٌ

Ben ki sana çok yakınım.
Bakara-186. ...
Dedim: Evet biliyorum sen bana yakınsın ama ben senden uzağım, keşke ben de sana yakın olabilseydim.

Dedin:
وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعاً وَخِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوّ وَالآصَالِ

R.abbini sabah akşam, yüksek olmayan bir sesle, kendi kendine, ürpertiyle, yalvara yalvara ve için için zikret. Araf-205
Dedim: Bu da senin yardımını ister

Dedin: أَلَا تُ�-ِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ

ALLAH’ın sizi bağışlamasını istemez misiniz? Nur-22

Dedim: Tabii ki, beni affetmeni çok isterim.

Dedin: وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ

(Öyleyse)Rabbinizden bağışlanma dileyin, sonra O'na tövbe edin. Gerçekten benim rabbim, esirgeyendir, sevendir. Hud-90

Dedim: Çok günahkârım, bu kadar günahla ben ne yaparım?

Dedin:أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ

ALLAH'ın, kullarının tövbesini kabul edeceğini.. ve ALLAH'ın tövbeyi çok kabul eden ve pek esirgeyen olduğunu hâlâ bilmezler mi? Tevbe-104.

Dedim: Defalarca tövbe edip tövbemi bozdum, artık yüzüm kalmadı.

Dedin: اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (2) غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِِ

ALLAH aziz ve bilendir, o günahları bağışlayan ve kullarının tövbesini kabul edendir. Ğafir-2/3.

Dedim: Bunca günahım var,hangisinin tövbesini yapayım?!

Dedin: إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا

ALLAH bütün günahları bağışlayandır. Zümer-53.

Dedim: Yani yine gelsem yine beni bağışlar mısın?

Dedin: وَ مَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ

ALLAH ’tan başka günahları bağışlayacak olan yoktur. Ali İmran-135.

Dedim: Ne kadar güzelsin ALLAH’ım! Bilmiyorum bu sözlerin karşısında niçin böylesine içim içime sığmıyor ve erimeye başlıyorum, seni çok seviyorum.

Dedin: إِنَّ اللّهَ يُ�-ِبُّ التَّوَّابِينَ وَ يُ�-ِبُّ الْمُتَطَهِّرِينَ

Şüphesiz ki ALLAH tövbe edenleri ve temizlenenleri sever.
Birden “İlahım ve Rabbim benim senden başka kimim var” dedim.

Sen de
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ

“ ALLAH kuluna yetmez mi?” (Zümer-36) dedin.

Dedim: Sen ki beni bu kadar çok seviyorsun ve bana karşı bu kadar iyisin ben ne yapabilirim?

Dedin:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا (41) وَسَبِّ�-ُوهُ بُكْرَةً وَأَصِيلًا (42) هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَ�-ِيمًا

Ey inananlar! ALLAH'ı çokça zikredin. Ve O'nu sabah-akşam tesbih edin. Sizi karanlıklardan aydınlığa çıkarmak için üzerinize rahmetini gönderen Odur. Melekleri de size istiğfar eder. ALLAH , müminlere karşı çok merhametlidir.......