28 Nisan 2011 Perşembe

Hərdən ...

Hərdən illərdir gecə-gündüz həsrətini çəkdiyin ən əlçatmaz arzuna əlin çatanda sən hiss edirsən ki, əslində xoşbəxtlik bu deyilmiş və xoşbəxtliyin bu arzuna çatmağınla kiçicik olsa belə əlaqəsi yoxdur...
  Hərdən sənə isti olsa belə “mənə soyuqdur, üşüyürəm” deyirsən və o anda sənin cisminin deyil ürəyinin üşüdüyünün söyləməmək məcburiyyətində sayırsan özünü..
Hərdən “mənim ürəyimdə heç kəsə yer yoxdur” desən də əslində ürəyindəki yerin tək 1 nəfər üçün olduğunu və onun da artıq o yerə yerləşdiyini gözəl anlayırsan...
  Hərdən “mən sevgi adlı kitabı bağlamamışam, oda atıb yandırmışam” deyirsən... həm də təkidlə.. amma əslində yaxşı anlayırsan ki, yalan dedin... o kitab səninlədir...əslində sən hara getsən o sənin yanında olur.. hətta “oda atıb yandırmışam” deyə  yalan uydurduğun vaxtlarda da.. Sən onu hamıdan gizləyirsən... Sadəcə bütün dünya yuxuya gedəndə sən öz sevgi kitabınla baş başa qalıb, onun səhifələrində sevdiyin insanın ürəyinə sığınırsan...
  Hərdən “sənə nifrət edirəm” dediyin adamı əslində dünyalar qədər sevirsən...
  Hərdən günəşli havaları dünyalar qədər sevdiyin halda yağmurun yağmasını arzulayırsan...
  Hərdən ən kədərli anında belə ən sevinc dolu və gülüşünə səbəb ola biləcək bir anı xatırlayırsan və içindən xoşbəxtlikdən xəbər verəcək qəhqəhə dolu gülmək gəlir....
  Hərdən ürəyin dolu olduğundan, duyğularını sətirlərlə paylaşanda qələmin qəfildən yazmır... sən buna inad etsəndə...
  Hərdən beynində heç bir duyğun, yazmaq istəyin olmayanda sən qələmini eləcə ağ vərəqdə gəzdirirsən cızma-qara olsun deyə və sonunda görürsən ki, onun adını yazmısan...
  Hərdən həyatda ən qatı düşmənin bəlkə də özü bilmədən sənə əvəzi iki dünyada belə ödənilə bilməyəcək yaxşılıq edir...
  Hərdən ən yaxın ürək sirdaşın səni hər kəsin yanında gözükölgəli edir... və sən özünü inandırmağa çalışırsan ki, o bunu bilməyərəkdən edib...
   Hərdən günahkar olduğu halda “bağışla məni”  deməyi bacarmayan insana öz-özünə “bağışladım səni” deyirsən...
  Hərdən heç vaxt görmək istəmədiyin insanı görmək və ona doyunca baxmaq istəyirsən...
  Və hərdən də anlayırsan ki.....

Ən çox dəyər verdiyin insan bunu heçə saydısa və bu heçə sayma üzündən onu itirdinsə əslində ən böyük xoşbəxtliyi qazanmısan!
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder