1 Mayıs 2011 Pazar

Bir qadını ağlatmaq ..

Bir qadını ağlatmaq çox çətin deyil əslində.
Qadınlar hər şeyə ağlaya bilər; bir filmə, bir mahnıya, bir yazıya... Ən az kişilər qədər yəni!
Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə təsir etmiş deməkdir. Amma o ürəyin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək batırar oxları ürəyə! Bax o zaman böyük bir acı kök salar boğazında qadının. Udquna bilməz, nəfəs ala bilməz.
"Ağlamayacağam" deyər içindən. Amma mane ola bilməz göz yaşlarına. Çünki ürəyinə çatmışdır acılar...
Bu ağrıya nə qədər qarşı qoya bilər ki, bir qadın? İncə incə süzülər yaşlar gözündən; əvvəl bir neçə damla, sonra bir yağış seli... Və qadın ağlar; həm də çox!
Sanmayın ki gedənə ağlar qadın!
Gedənin gedərkən koparttığı yerdir onu ağladan, orada buraxdığı yaradar. O yaranın heç bağlanmayacağını, bağlansa belə izinin qalacağını  bilər qadın; ona görə ağlar. Amma bilirsinizmi, ağlamaq qadınları yetkinləşdirər. Hər damla, daha çox qadın edər qadınları. Hər damla bir dərsdir çünki.
Bəzən qadınlar ağladığında çox insan, "ağlama niyə ağlayırsan ki, dəyməz onun üçün" deyərlər. Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar,yaralarındakı  o irini təmizləyərlər ! Çünki bilərlər, o irin təmizlənməzsə iltihaba çevrilər yaraları. Çevrilməməsi lazımdır halbuki. Ona görə də bolca ağlarlar.
Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı öyrənərlər. Ümid edirəm öyrənərlər, yoxsa ruhlar azğın yollara çarpar özünü. Sapan ruhların doğru yolu tapması da yeni ağrılar deməkdir. Bunu bilər qadınlar, ona görə əvvəlində sonunda öyrənərlər özlərinə sarılmağı...
Çox ağlayan qadınlar, bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları bəli, amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər və bax o zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...
İnsanlar soruşurlar çox vaxt "niyə bu qədər çox subay qadın var?" deyə; hamısı karier dərdində olan. Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox ox batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, ona görə özlərinə sarılırlar.
Çünki bilirlər ki sarıldıqları adamlar onlara layiq olmadı; həm də heç bir zaman! Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.
E.. o zaman niyə sarılsınlar ki! Niyə sarılaq ki!
Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, yetkinləşir. Bilin ki, gerçəkləri qəbul etməyə başlamışdır. Bilin ki, artıq sevginin olmadığına inanmışdır. Bilin ki, sarılacaq tək bir doğrusu qalmışdır. O da kim, nə deyə soruşmayın artıq.
Çox ağlayan qadınlar, əvvəlində, sonunda özlərinə sarılarlar çünki!

P.S. Tərcümədir. Çox sevirəm bu yazını. Dəfələrlə oxumuşam, heç vaxt da oxumaqdan doymadım. Bir qadın çox güclüdür əslində. Gözündən yaş axsa, ürəyinə ox sancılsa belə. Dünənin də, bu günün də,sabahın da bir həqiqəti var: Bir qadını ağladarkən diqqət edin, çünki Allah onun göz yaşlarını sayır. Sözüm məclisə deyil, nəfəs alan hər kəsə!

Xəyalə Kəlbiyeva

Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder