12 Nisan 2011 Salı

Vətən sənə “oğul” dedi.

Həmin gün Qara dəniz daha möhkəm çırpınırdı..Həmin gün Azərbaycan Türkünün bayrağı nə səmada, nə hansısa əllərdə özünə yer tapa bilmirdi.. Həmin gün Azərbaycan matəm tutmuşdu..Həmin gün onun qollarına qandal vurulurdu çünki… Ona qarşı yönələn fikirlər müxtəlif oldu. Kimi cinayətkar dedi, kimi əsl qəhrəman dedi. Bu fikirlərdən həqiqət olanını isə sadəcə bu 5 illik tarix sübut etdi. O Qəhrəmandır!! Bəli o qəhrəmandır! Kimlərsə bunu qəbul edib həzm edə bilməsə belə (özlərinə sərf etmədiyinə görə) o qəhrəmandır! O qəhrəmanlığını sübut etdi. Bayraq onun üçün namus idi. Mənim, anamın, bacımın, anasının, bacısının və bütün Azərbaycan qızlarının, qadınlarının namusu. Bayrağımızı- namusumuzu öz səviyyəsinə uyğun kəlimlərəiylə təhqir etməyə cəhd edən isə layiqli cavabını aldı! Bax, ən böyük həqiqət budur. Fikirlər müxtəlif ola bilər, amma həqiqət birdir. Bütün fikirlərə hörmətim var. Amma.... Ramili “cinayətkar” adlandıraraq, öldürülən erməni zabiti qurgen marqaryanin Azərbaycandakı gizli tərəfdaşlarına açıq –aşkar soruşuram:
1.Vətən məfhumu sizin üçün nədir?
2.Bayraq anlayışı sizin üçün nədir?
3.Ramilin vəziyyətində olsaydınız eynilə bayrağınızı, vətəninizi təhqir etsəydilər və üstəgəl bu təhqir edən başınıza faciələr gətirən bir vəhşi millətin nümayəndəsi olsaydı nə edərdiniz?
Fikrimi bir az açıq çatdırım. Bayraq sizin üçün namus olsaydı və o bayraq söyülsəydi nə edərdiniz? O bayrağı söyəni öpüb gözünüz üstə qoyardınız yoxsa necə? Yenə də cinayətkardır o deyə fikrinizdə qalırsınızsa yuxarıda verdiyim suala cavab verməyin, cavab bəllidir. Bir çox fikir yürütdülər. “O erməninin yatdığı yerdə öldürüb”. Bunu məhkəmə belə demədi,, ermənilər belə demədi( Baxın haaa, yalan danışmağı ənənəyə çevirən ermənilər belə bu yalanı boyunlarına götürmədilər, bəzi cılız millətçilərindən başqa hansı ki, onlarda məhkəmədən işlə tanış olduqdan sonar məhz bu fakt haqqında susdular!)( Əslində isə işdən xəbəri olmayanlar, həmin gecə qurgen marqaryan yumruğunu divara çırparaq Azərbaycanı təhqir edirmiş. Bir faktı da qeyd edim ki, Ramilin və qurgenin otaqları yanaşı olub.Və Ramil o zaman artıq son verməyi qərara alıb. )amma “cinayətkarı” sevməyən sapı özümüzdən olan küt və geydirmə baltalar dedilər. Amma görəsən hansı faktlara əsasən? Kimlərinsə önünüzə atdığı bir parça yeməyə görəmi görəsən onu cinayətkar adlandırırsınız? Yoxsa öz fikriniz belədir? Əyər öz fikriniz belədirsə onda 20 yanvarda, Xocalıda, Ağdamda, Cəbrayılda, Şuşada və digər işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən insanları görməmiş olmazsınız. Onları yadınıza salıram!! Əyər yenə cinayətkardır deyirsinizsə vicdanınıza şirin yuxular arzulayıram. Yuxusu şirin olsun.”Öləndə insandır” deyirsiniz?!Öldürülən körpələr, öldürülən qocalar,qarnına süngü keçirilən hamilə qadın, başının dərisi soyulan 24 yaşlı cavan, diri-diri divara mismarla vurulan 3 yaşlı körpə insan deyildimi görəsən? Yad ölkədə, xarici vətəndaşların içində şərəfimizi, namusumuzu təhqir etdiyinə görə öldürülən bir erməni zabitinin ölümündəmi insanlıq yada düşdü?!!Oyan artıq, vətəndaşım, xahiş edirəm səndən. Bəsdir, ermənilərin Azərbaycandakı propaqandalarının fikirlərinə uydun, bəsdir zombiləşdin!Yenə deyirəm, bu yazıdan sonra yenə hər kəsi öz fikriniə buraxıram. Zabitimizi olduğundan daha çox ideallaşdırmaq fikrim yoxdur. Amma zabitimizi cinayətkar edənlərin sadəcə masasının üzərində sual qoyuram. Buyurun. Sizdən (Ramil Səfərova “cinayətkar” deyənlərdən) sadəcə bu suallara cavab vermənizi istəyirəm. Amma əyər varsa vicdanınız ilə…

Xəyalə Kəlbiyeva

Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder