2 Haziran 2012 Cumartesi

бархатные ручки:)



Bu dəfəki yazım "бархатные ручки" əl kremindən olacaq. İndiyə qədər adını bildiyim, bilmədiyim, yadımda qalan, qalmayan bəlkə yüzlərlə əl kremi istifadə etmişəm. Xoşuma gəlirdi amma 12 bal üzərindən 7-8 balı keçmirdi heç biri. "бархатные ручки"-nin reklamını görmüşdüm dəfələrlə. Sadəcə onun da digərləri kimi olacağını düşünürdüm deyə nə keyfiyyətinə inanmırdım, nə də istifadə etmirdim. İşdən gələndə yolumu kosmetika dükanından salmışdım. Fransız manikürü üçün laklar alacaqdım. Və gözümə "бархатные ручки" sataşdı. Alıb istifadə etməyi düşündüm birdəfəlik niyəsə. Aldım və istifadə etdim. !2 bal üzərindən 12 bal verirəm bu kremə. Əllərimi heç vaxt heç bir krem elə zərif və yumşaq etməmişdi. Bunu əminliklə deyə bilərəm. Bu krem bu qədərmi zərif olur? İnanılmaz gözəllll:) Çox bəyəndim. Bir həftə içində aldığımı işlədib bitirdim. İndi ikincisindəyəm. Keyfiyyəti belə davam etdiyi müddətcə istifadəsini davam etdirəcəm.