15 Nisan 2011 Cuma

Için rahat olsun

Bir eşq üçün edə biləcəyin hər şeyi etdiyinə
inanırsansa və buna baxmayaraq hələ təksənsə, için rahat
olsun. Gedən onsuz da getməyi başına qoymuşdur və
etdiklərin onun dodağında yüngül bir gülümsəmə
yaratmaqdan başqa heç bir işə yaramayacaq.
Sən özünü öldürərkən o hər vaxt bəhanələr tapmağa
hazırdır. Onun üçün ağzınla quş tutsan belə "Bu quşun qanadı
niyə ağ deyil?" deyə bir sualla qarsılaşa bilərsən.. iki ucu iti bıçaqdır bu işin.
Etdiklərinlə deyil etmədiklərinlə mühakimə olunarsan hər
zaman. Bu məhkəmədə yüngülləşdirici səbəblər yoxdur. Yaxşı
halın cəzanda endirimi təmin etməz.
Sən, "Amma sənin üçün bunu etdim" deyərkən o, "bunu
etmədin" deyə cavab verəcək. Və nə söyləsəndə
qarşılığında mütləq başqa bir iddiayla
qarşılaşacaqsan. Kədərlənmə, sən sevgini yaşanması
lazım olduğu kimi yaşadın. Darıxdın, içdin, ağladın,
güldin, mahnılar söylədin, düşündün, şeirlər yazdın.
"Yaxşı o nə etdi" demə. Hər kəs özünə cavabdehdir
sevgidə. Sən sevgini doya doya yaşayarkən o özünə
maneələr qoyursa bu onun problemidir. Bir insan əskik
yaşayırsa və bu əskikliyi bildiyi halda tamamlamaq
üçün məşğul olmursa sən nə edə bilərsən ki onun üçün?
   Hər zamanki kimi yaşayacaqsan sən. "Ağrılara yapışaraq"
yaşamağı öyrənəli çox oldu. Həm nə olmuş yəni,
təklik o qədər də pis bir şey deyil. Sən xoşbəxtliyi
heç bir zaman bir tək adama bağlamadın ki…. Çoxdur
əlinə almadığın kitablar səni gözləyir. Kitab oxuyarkən
də xoşbəxt olursan unutdunmu? Şəhərin heç görmədiyin
küçələrində gəzib yeni həyatlara şahid olmaq da kef
verəcək sənə.
Sən ürəyinin səsini dinləyənlərdənsən və bilirsən
əsas ürəkdir. Yasadığın
müddətcə o ürək var olacaq səninlə birlikdə. Sən yetər
ki, qoru ürəyini və ürəyində daşıdığın sevda
duyğusunu. Əlbət bitəcək günəşə həsrət günlər. Və o
zaman qütblərdə yetişən cılız və kiçik bitkilər
deyil, günəşin çiçəkləri dolduracaq ürəyini
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder