15 Nisan 2011 Cuma

Özünə dön, vətəndaş!



Özünə dön, vətəndaş! Öz dilinə, öz bayrağına, öz torpağına, vətənə, millətə olan sevginə sahib çıx! Şovinist olma, amma millətini gerçəkdən sevən ol! Vətəninin itinin ayağını xaricinin milyonuna, milyonerinə belə satma! Kiminsə öz gözündə tiri görməyib özgə gözündə axtardığı tüklərə yaltaqcasına dəstək olma! Bil! Yaltaq dəstəklər tez sıradan çıxır, həmdə elə yaltaqlandıqları tərəfindən biyabırcasına meydandan qovulur! Meydandan qovulan tülkü olmaq istəyirsənsı buyur meydan sənindir! Amma onda əsla özünü Azərbaycanlı adlandırmaq fikrinə düşmə! Buna verəcəyimizi cəza (Bəli, məhz vətən sevərlərin verəcəyi cəza) pis həmdə çox pis olacaq. Edəcəyin hərəkətdən öncə millətini dəyiş! Bunu səndən tələb edirik! Bizi kimsə bu sual qarşısında aciz qoya bilməz: “O doğurdanmı Azərbaycanlı idi?” Amma bu yolda deyilsənsə millətinin problemini millətinlə həll et! Yadelliyə danışıb özünü gülüş hədəfinə çevirmə! Yadelliylə birgə bu problemə gülüb özünü kloun vəziyyətinə qoyma! Bil (!) barmağın biri ayrı qalsa belə o əl yumruq ola bilməz! Ayrı qalan barmağa çevrilmə! Birləşib yumruq ol! Sənin qədimdən qədim, ucadan uca, fəxr edə biləcəyin bir tarixin var! Tarixindən xəbərdar ol! Susma, susdurmaq istəsələr belə, tarixini təhrif edib səni yeni cücərən bitki etsələr belə susma, tarixini sübut elə! Susma!! Sən susa-susa Gülüstanlar, Türkmənçaylar daha da çoxalacaq! Sənin başı bəlalar çəksə belə, yüz yerə parçalansa belə, bu gün yenə də başı dik, alnı açıq, üzü ağ, müstəqil Azərbaycanın var! Sən kimsənin əsarətində deyilsən! Sən müstəqil dövlətin müstəqil vətəndaşısan!
Problemlər hər yerdə həmişə olub! Bu problemlərə gülmə! Hədəfə alıb üstünə get, həll elə problemini!Sənin dövlətini, millətini, sənin torpağında yaşayan qarışqanı belə təhqir edən yadellinin üzünə gülməyi ağlına belə gətirmə! Çünki, o gülüşlərin nəticəsidir ki, bu gün kimlərinsə davamçıları sənə gülməyə cəsarət edir! Bunu gələcək nəsillərə sən də əmanət qoyma! “Humanizm” ayrıdır, HUMANİZM! ayrıdır. Səni bu günə kimi “humanizm” lə yaşayanlar HUMANİZM! çağırışıyla yuxuya verdilər. Həmişə özünü günahkar hiss elədin: Niyə mən HUMANİST ola bilmirəm? Amma əslində Sən HUMANİST idin! Sadəcə “HUMANİST”-lər səni belə çağırışlarıyla yuxuya verməli idilər, səni müqəssir çıxarmalı idilər. Sən kimsənin qadınına, qocasına, körpəsinə zərər vermədin! Sən kiminsə başına bomba yağdırmadın günahsiz yerə! Sən kimisə təhqir etmədin ən dəhşətli soyqirimla! VƏ ÜSTƏGƏL sənə qarşı edilən bu cinayətkarlığa da eyni cavabı vermədin. Bax budur Sənin Humansitliyin! Budur AZƏRBAYCAN xalqının humanistliyi! Ona görə bu gün heç kəs bizə hansısa qondarma “humanizm” dən dərs keçməsin! Buna sən imkan vermə! Tarixinlə sənə dərs keçmək istəyəni oturt yerində! Dilini kəs sənin tarixini təhrif edənin! Qanını iç sənin tarixsiz olduğunu deyənin! Bax, o zaman bax o zaman sən varsan! O zaman sən əsl Azərbaycanlısan! O zaman sənin bu torpağın üstündə gəzməyə hardasa haqqın var!
Xəyalə Kəlbiyeva

Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder