6 Eylül 2011 Salı

Əlixan Səmədovdan Mix.az üçün aldığım müsahibəm

Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.
Mənbə: az.wikipedia.org

1.İlk öncə salam.Əlixan Səmədov deyəndə bu gün fəxr ediləsi bir azərbaycanlı gözümüzün önünə gəlir.Məşhur balaban ustası Əlixan Səmədov. Biz sizi belə tanıyırıq. Bəs, Əlixan müəllim özü özünü təqdim etməli olsaydı necə təqdim edərdi?

Salam. Men özümü təqdim etmeli olsaydım, her halde Balaban aşiqi deyerdim. Həyatımı bir an Balabansız tesvir ede bilmirem. Bilgi paylaşmayı cox sevirem. Musiqiyə könül vermiş hər kəsə əlimden gəldiyi qədər kömək edirəm.

2.Balabanla ilk tanışlığınız necə oldu?

Balabanla tanışlığım, bir az uşaglıg illərinə dayanır. Nağarayla musigiyə başladım. Sonra qarmonu öyrəndim. Qarmondan sonra Qaboy ve nəfəsli alətlərlə tanış oldum. Balaban da bu zamanlar mənim musiqi kollleksionuma daxil oldu.

3.Bilgimə görə balabandan əlavə bir neçə başqa musiqi alətlərində də ifa edə bilirsiniz. Niyə məhz balaban?

Yuxarıda qeyd etdiyim kimi nəfəsli alətlərlə tanış oldugum zaman Balabanda istediyim musiqileri yarada bilirdim. Digər musiqi alətlərini de sevirdim amma üreyimden gelen musiqileri dinləyicilərə,  istədiyim kimi  çatdıra bilmirdim. Elə bil ki, yarım qalırdı. Sonra başa düşdüm ki, Balaban ürəyimin dilidir.

4."Balaban metodu" adlı kitabınız üç dildə işıq üzü gördü. Bu kitab haqqında bir az məlumat verərdiniz. Necə oldu ki, kitabı yazdınız? Hansı dillərdədir? Necə qarşılandı bu kitab?

İlk diskim cıxdığı zaman dünyanın hər tərəfindən məktublar alırdım. Hər kəs məndən Balaban haqqında bilgi istəyirdi. Bakıdakı dostlarımla əlaqə saxlayıb, gələn məktublar haqqında bilgi verib, kitab istəyirdim. Bu mövzuda kimsə mənə yardımcı ola bilmedi, bele ki, kitab yox idi ya da tapa bilmirlərdi. Amma gələn istekler o qədər cox idi ki, axırda kitab yazmağa söz verdim sevənlərimə. Nə isə 2-3 il ərzinde kitabı yazıb, dostlarımın sayəsində də mətbəəyə verdim.
O aralar İstanbulda PALMALİ firmasının PAL FM radyosunun acıldıgını söyleyib məni oraya dəvət etmişlərdi. Radyonun və də PAL Medya şirketinin müdürü İbrahim Nebioğlu meni öz otağında qəbul edib, cox gözel qarşılamışdı. Onun bir sözünü heç unutmaram, “sənin üçün nə edə bilərik”
Bu sözü eşidəndə , inanın ki cox duygulanmışdım. Cunkü bu güne qədər  kimsədən  bu sözü eşitməmişdim. Yanımda daşıdığım “Flash disk” dəki kitab bilgilerini ona gösterdim. İbrahim Bəy bilgiləri  görünce cox bəyəndiyini  və bu kitabı Azərbaycanımıza yaraşacag bir şekilde cıxarmag üçün məndən  istədi. Onun bu içdənliyi qarşısında bir daha duygulanıb, diski ona verdim. Ordan ayrıldığım zaman İbrahim bəyin  de xəbəri olmayan söz verdiyim mətbəəyə zəng edib, hər şeyi  olduğu kimi başa salıb üzr isteyerek ləğv etdim. Ve beləcə “Balaban metodu” 3 dilde, Türkce, İngiliscə ve Rusca işıq üzü gördü.
Buradan bir daha əməyi kecen bütün dostlarıma ve PALMALİ şirkətinə öz dərin minnətdarlığımı  bildirirəm.

5. İfalarınız arasında sizə ən doğma olanı?

İnanın ki hər musiqinin məndə öz yeri var. Hamısı mənim üçün doğmadır.

6.Qloballaşmadan qacmaq olmaz.Lakin biz bu prossesə milli dəyərlərimizi qatmamalıyıq. Əlixan müəllim necə düşünür, bu gün milli dəyərlərimiz çoxmu məruz qalıb qloballaşmaya?

Bir millet hər zaman öz mədəniyyəti  ile başqa millətlərdə  özüne yer edər. Dünyanın bir cox şəhərlərində  konsertlərim oldu, inanın ki, Azərbaycan musigisi hər yerdə  sevilir ve dinlənilir. Sadəcə nəyinsə  uğruna milli sərvətimiz olan mədəniyyətimizə  bizlər sahib cıxmasaq, yer üzündə Azərbaycan diye bir ölkə də  qalmaz. Hər zaman hər yerdə demişəm yenə də deyirəm. “Milli musiqimizi qorumaq hər Azərbaycanlı vətəndaşın borcudur!”

7. Mükafatlarınız haqqında bir az danışardınız.

Mükafatlar sənətlə məşğul olan insanların qamçısıdır. Mükafat aldıqca daha da işlərinə əhəmiyyət verir. Getdiyim konsertlerin bir coxu dünya festivalıydı. Hər ölkədən gələn musiqiçilər  olurdu. Və biz öz musiqilərimizlə sanki bir yarışmaya girərdik. Bunun sonunda da mükafatlar olurdu. Bir nece dəfə də mən qazanmışdım. Bu aralar festivallara vaxt olmur getməyə, sadece konsertlərimə zaman ayırıram.
Mükafatlar haqqında http://www.alihansamedov.com/ adresinden bilgi ala bilərsiniz. Bir neçəsini orada qeyd etmişəm.

8. Və nəhayət başı bəlalı "Sarı Gəlin" ə çatdıq. Əlixan müəllim, bildiyimiz kimi qardaş Türkiyənin özündə elə ermənilər yaşayır. Elə olubmu ki hansısa proqramdami deyim, hansısa məclisdəmi deyim "Sarı Gəlin"i ifa etdiyinizdə məhz ermənilərdən də orda olub. Ümumiyyətlə "Sarı Gəlin" sizin üçün ifalarınız arasında ən önəmlisi sayıla bilərmi?

“Sarı gəlin” Türk dünyasının en sevilən mahnılarından biridir. Bir cox da rəvayəti var. Əsas olan odur ki, o mahnını yaşada bilmek. Biz Azərbaycanlılar olaraq hər zaman “Sarı gəlin” mahnısı haqqında sadəcə, bu bizimdir demişik. Ama tanıtmaq lazımdır, men de bu günə qədər çıxan disklərimde 4 defe dəyişik “Sarı gəlin”ə yer vermişəm. İstərdim ki hər müğənnimiz öz yeni cıxacaq disklərinde “Sarı gəlin” kimi daha bir cox mahnılarımıza yer versin. İnanın ki, o zaman danışmağa ve ya kimsəyə sübut etmeye gərək qalmayacaq.
Mənim də qarşıma  hər millətdən dinləyici çıxır, amma men sadəcə öz ifama baxıram. Her ifa etdiyim musiqi mənim üçün önəmlidir .

9.Planlarınız haqqında bir az danışardınız.

Planlarım haqqında sadəcə bunu deyim ki, “Balaban-8” adı altında yeni albom çalışması içindəyəm. Bu albomda 2 disk olacaq və də  dünyanın hər yerində anlaşmalarım var. Nəsib olursa başqa- başqa dillərdə  çıxartmağı da düşünürəm. Çalışmalarım daha davam edir cox az qaldı. İnanıram ki, bu yeni cıxacaq “Balaban-8” dən sonra dünyanın hər yerindən  Balabanın sədaları gələcək.


10. Sonda Mix.az saytı adından sizə bu maraqlı müsahibə üçün dərin təşəkkürümüzü bildiririk.

 Mix.az kollektivinə öz dərin minnətdarlıgımı bildirirəm.
Saygılarımla
Alihan Samedov
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder