2 Mayıs 2011 Pazartesi

Doğru Adama necə rast gəlinər?

Sevgi münasibətlərində heç cür xoşbəxt ola bilməyənlər, günahı sevginin üzərinə yıxarlar! Sevginin varlığını rədd etmək əslində içdən içə ona inanmaqdır. Sevgiyə inanmayanların əksəriyyəti keçmiş əlaqələrində tikiş tutdura bilməyib, davamlı bədbəxt olub xəyal qırıqlığı yaşamış olanlardır.Bir qismi hələ sevgiylə tanış olmamışdır ancaq ətrafına baxar və gördüyü nümunələr üzərindən fikir sahibi olar.Daha əvvəllər sevgi münasibətlərinizdə müvəffəqiyyətsiz olmuşsunuzsa, heç cür doğru adamı tapa bilmədiyinizi düşünürsünüzsə, ehtimalla problem sizdədir. Dərhal etiraz etməyin! Bilirəm siz şanssızsınız əslində! Taleh sizə gülmədi, nə qədər çalışdınızsa da münasibətləri yürüdə bilmədiniz,amma günah həmişə qarşı tərəfin idi! Siz sevgi dolu, hər zaman başa düşən qadınsınız. Onun üçün əlinizdən gələnin  daha çoxunu etdiniz. O adi bir adam idi, sevginizin qiymətini bilmədi! Bunların hamısını bilirəm!Ancaq sizin görmədiyiniz bir neçə nöqtəni izah etmək istəyirəm. Az qala hər yazımda və cavablandırdığım məktublarda inadla eyni şeyi söyləyirəm: "Özünüzü sevin və özünüzü tanıyın!" Bunu sıxlıqla vurğulamamın səbəbi, problemin mərkəzinin ora olduğunu görməm. Az qala hər məktub eyni problemi yazır, çarəsini soruşur, kəslər və hadisələr dəyişik olsa da, gəldiyi və çıxdığı nöqtələr eyni! O zaman fərqində olmaq mövzusunda problemlərimiz var deməkdir.Doğru adamı tapa bilməmək və bitən əlaqələr haqqında onlarla məktub aldım. Hər kəs nə qədər çox sevdiyini, başa düşən olduğunu  amma qarşısındakının pis biri çıxdığını söyləyir. Hər qadının Türk filmlərindəki Təcavüzçü Coşğuna bənzəyən adamlara rast gəlmə ehtimalı nədir? Demək ki bir yerlərdə səhv var!Bu ölkə torpaqlarında doğulmuş qadınlar olaraq, onsuz da uşaqlıqdan etibarən müəyyən qaydaların və qadağaların içində böyüyürük. Beynimizə daha kiçicikkən irəlidə necə bir qadın olmamız lazım olduğu soxulur. Kimsə əvvəl özümüzlə əlaqədar doğru qərarlar almamızı, özümüzü tanımamızı, yaşadıqlarımızın və seçdiklərimizin fərqində olmamızı söyləmir və təəssüf ki, məktəblərdə belə bir dərs də yoxdur. Bu vəziyyətdə iş başa düşür. Bir az ağılımızı istifadə etmək məcburiyyətindəyik.Bir sevgi münasibətinə başlamaq üçün seçdiyiniz adam, sizi xəyal etiğiniz böyük eşqə aparacaq adam deyil. Kiminlə bir könül səfərinə çıxarsınız çıxın, sonunda özünüzə çatacaqsınız.!  Qarşınıza çıxan insanlar, sizdə sevmə tutumu meydana gətirməyə yarayacaq təcrübələrdir. Nə etsəniz edin, bir müddət sonra sevgi duyğusu forma dəyişdirəcək.Davamlı problemli insanlarla qarşılaşır və düz bir əlaqə yaşaya bilmirsinizsə, bunun iki səbəbi ola bilər: Ya doğru insanları seçmirsiniz, ya daha əvvəlki əlaqələrdə etdiyiniz səhvləri düzəltmirsiniz. Gözləmələrinizin gerçəyə yaxın olması lazımdır. Ortada ağ atlı şahzadə filan yox! Ayılın artıq! Kimsə gəlib sizi içində olduğunuz vəziyyətdən çıxarmayacaq. Aşiq olmaq, həyatınızın hamısını o insana həsr etmək mənasına da gəlmir. Bir qadın olaraq  düşünmək, ayaqları üzərində dayanmaq məcburiyyətindəsiniz. Bütün bunları etmək zəruriliyi yalnız gənc, işləyən qadınlar üçün etibarlı deyil, evli olsanız da həyat yalnız ərinizdən ibarət deyil. Hər şeydən daha əhəmiyyətli olan sizsiniz çünki siz olmadan, bu anda sahib olduğunuz yaxşı və pis heç bir şey olmayacaq.Bəzən mükəmməl qadın olmağa çalışaraq da münasibətləri bitirərsiniz. Əlinizdən gələn hər şeyi etmək, verici olmaq filan həll deyil. Bir yerdə səhv edirsiniz, dönüb özünüzə baxın amma yaxşıca baxın. Özünüzü sevin amma həqiqətən sevin, beləcə daha az səhv insan seçəcək və daha az kədərlənəcəksiniz. Sevgini və sevgi münasibətlərini həyatın hamısı olaraq görməkdən imtina edin. Sevginin həyata qatdığı gözəllikləri rədd etmirəm, onsuz da necə edərəm? Mən sevgiylə böyüyən insanlardanam, amma sevgi münasibətləri həyatın mənası deyil. Axtardığınız məna sizsiniz, gedib aynaya baxın!
Candan Ünal
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..