2 Mayıs 2011 Pazartesi

Gözə alacaqsansa çağır sevgini!

Bu gecə kim bilir neçə adam əllərini açıb dua edir sevgi üçün? Sevməyə dəyər birini tapmaq və ürəkdən sevilmək üçün neçə insan dilək tutur?O zamanlarda donub qalır səma, olduğu yerdə dayanır buludlar. Hansı dua səmaya doğru yüksəlməyə başlasa sevgi üçün, dünya susur.  İçində sevgi olan hər niyyət yuxarıya çatır əminəm. Yaxşı, niyə çoxu reallaşmır? Niyə bu qədər ürək qışın ayazında tək başına yatır, yastıqlara sarılaraq?Bütün məsələ gözə almaqdadır yəqin! Sevgini kürəyinə ala bilməkdədir! Səbəbsiz, şikayətsiz, gələni bütün təvazökarlığınla qəbul edə bilməkdədir işin gizli  sirri, hiss edirəm.  Tarazlığını tapmadan həyatın, sevginin ritmini necə nizamlar insanoğlu? Bütün iş tarazlıqda, insanıq çaşarıq da, səhv  də edərik deyirəm. Səhvlərimizlə böyümürüksə, daha böyük səhvlərlə öyrənərik sonunda amma iş işdən keçmiş olar. Keçmişi də lazım olduğunda buraxmaq lazımdır, gələcəkdə daha yaxşılıqlar var bəlkə, niyə şans tanımır insan öz talehinə, anlamıram.Alın yazısı var əlbəttə, amma hamısı da alnımıza yazılmamışdır. Bir az da səy lazım deyilmi deyirəm? Cavab gəlmir! Hər gələndə qüsur taparaq, öz qüsurunu görməyəndən daha kor vardırmı? Əvvəldən etdiyimiz haqsızlıqların üstündən atlayıb keçməyə icazə verməz həyat; indi bu qədər talehsizlik yaşandığında "niyə mən?" deyə qışqıranın, öz hesabına dönüb baxmamasından daha böyük cahillik vardırmı? Bilmirəm.Düşüncə gücüylə filan olmur qısqanılan həyatlar! Qibtə edilən, barmaqla göstərilən sevgilərin də əvvəlində acılar olub.Bəzən qızğın oxlara hədəf olub vurulsa da sözlərim, mən doğru bildiyimi söyləyirəm. Sevgiyə sarılın ,dostlar, içində sevgi olmayan yeməyin belə dadı yoxdur.  Bir az fədakarlıq, bir az sağlam fikir ilə birləşər sevgi dediyin. Çox deyil,  tarazlığını pozmadan sevə bildiyində bacarar insan sevgini!  Sevgiylə baxmadıqlarınıza yastığınızda yer verməyin. Sevilməyə layiq olanlara arxanızı çevirməyin! İnsanları əskikləriylə sevə bilməyi öyrənin çünki sevgi yalnız yetkin ürəklərdə yaşıllaşıb toxum verər. Söyləyirəm, yazıram amma görəsən izah edə bilirəmmi?
Candan Ünal
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder