2 Mayıs 2011 Pazartesi

"Qızıl it" festivalı

Xəyanət həqiqətən özünü aldatmaqdırmı? Yoxsa biz ürəyimizi beləmi ovudarıq? "Etsə özünə edər, məni deyil özünü aldatmış olar" deyimləri, qırılan qürurumuzu bir az olsun yumşaltmaq üçündürmü? Bu yaşananlar həqiqətən kişinin əlinin çirkimi? Cinsiyyət ayrı-seçkiliyi yox, xəyanət hər könüldə möhkəm zərbələr buraxır. İnsan özünü axmaq yerinə qoyulmuş hiss edir. İşin özü bu olsa gərək, niyə aldatmaq ehtiyacı var çoxunda? Bəlkə bunun psixoloji olaraq bir şərhi vardır. Ancaq, bu vəziyyəti ortaya çıxaran o qədər çox səbəb göstərilə bilər ki, deyil bu, 120 yazı daha yazsam səbəbləri bitirə bilmərəm kimi gəlir mənə.Birini sevərik, onunla birlikdə olmaq üçün zaman, əmək və pul xərcləyərik. Bizim olar bütün qəlbiylə, varlığıyla o insan. Ondan sonra daha yaraşıqlı birini gördüyümüzdə,  "o da mənim olsun" duyğusundan hərəkətləmi başlar xəyanətin özü? Yaxşı da, bunun sonu yox ki!Kişilərin öyünərək söylədiyi ədədlər, "bu qədər qadını doladım" cümlələri, nə qazandırmışdır? Dünya üzərində mənim bilmədiyim bir yarışmamı var? , "Bu ilin Qızıl İt Festivalı ən çox qadın dolayan kişi mükafatı, Mr. Bilməmkimə verilir." Bəlkə, bizə söyləmirlər, bu kişilər çox gizli olaraq ildə bir dəfə toplanıb, mükafat mərasimi edirlər. Ola bilməzmi? Olmalı! Yoxsa bu qədər çalışmaq, əlləşib-vuruşub o qadını dolayıb, bu qadına keçmək nə üçündür? Ayrıca xəyanət asan iş deyil ki! Əlinə, üzünə bulaşdırmayacaqsan. O qədər əziyyətə dəyərmi görəsən? Sevgilinə danışmaq üçün bir yalan tapacaqsan əvvəlcə, qarşı tərəfə də başqa bir yalan, yaxşı iki tərəfi  də aldatdın deyək, həmişə getdiyin restorana, kafeyə, küçəyə, parka gedə bilməzsən, tanıyarlar. Mümkün olduğunca səni tanımayacaqları mühitlərdə görüşməlisən. Bu da demək ki, benzin yandırıb uzaqlaşacaqsan və ya yaxşıca taksi pulu ödəyəcəksən.  Nəticədə, əlinə nə keçəcək? Bir neçə insana hava atacaqsan, onsuz da bunu söyləyə biləcəyin neçə adam var ətrafında? Nə olacaq, onlar da, " vay, bizim adama bax, nə eşqbaz, aman çox avara, əlindən uçan da qaçan da xilas ola bilməz" deyəcək. Budurmu? Haa! Bir də nə qədər kimsə görməsin deyə qaçsan, o dərəcə tutulma ehtimalın var. Çünki bu vəziyyətlərdə Murphy Qanunları keçərlidir. İndi, bu qədər əziyyəti çəkdin, əlində böyük bir sıfır var. Üç-beş adam da "aslanım, halal olsun" dedi. Bitdi! Bir azcıq əylənəcəyəm, onun bunun yanında hava atıb danışacam deyə, çəkilən cəfaya bax. Əlbəttə, burada bəhs edilən çox qeyri-adi vəziyyətlər deyil. Zorla və erkən yaşda edilən evliliklər, zəruri birlikdəliklər, daha saya bilməyəcəyəim qədər çox səbəbdən bəhs etmirəm. Yalnız könül əyləndirmək, həyəcan yaşamaq kimi duyğulardan yola çıxılaraq edilən aldatmaları göz qarşısında tutaraq danışıram. Yox, , mənim bu qədər sıravi, dəyərsiz hadisələr üçün; bu qədər çətinlik çəkməyə, zaman və pul xərcləmək fikri ağlıma məntiqli gəlmir.Mütləq altında başqa bir şey olmalıdır. Siz, mənim bu Qızıl İt Festivalı fikirimi çölə atmayın. Adı belə olmasa da, qəti nəticəsində bir mükafat olmalı. Bundan sonra izləyək baxaq. Adı eşqbaza çıxmış bu insanlar görəsən eyni gündə ortadan yox olacaqlarmı? Mükafat mərasimi harada edilir? Bu mərasimin adı nədir? Bəlkə də bir pul mükafatı filan vardır? Yoxsa, insan bu qədər kiçik şeylər üçün, belə əziyyət çəkməyə dözürsə, böyük ehtimalla dəli olmalı.......
Candan Ünal
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder