2 Haziran 2012 Cumartesi
бархатные ручки:)
Bu dəfəki yazım "бархатные ручки" əl kremindən olacaq. İndiyə qədər adını bildiyim, bilmədiyim, yadımda qalan, qalmayan bəlkə yüzlərlə əl kremi istifadə etmişəm. Xoşuma gəlirdi amma 12 bal üzərindən 7-8 balı keçmirdi heç biri. "бархатные ручки"-nin reklamını görmüşdüm dəfələrlə. Sadəcə onun da digərləri kimi olacağını düşünürdüm deyə nə keyfiyyətinə inanmırdım, nə də istifadə etmirdim. İşdən gələndə yolumu kosmetika dükanından salmışdım. Fransız manikürü üçün laklar alacaqdım. Və gözümə "бархатные ручки" sataşdı. Alıb istifadə etməyi düşündüm birdəfəlik niyəsə. Aldım və istifadə etdim. !2 bal üzərindən 12 bal verirəm bu kremə. Əllərimi heç vaxt heç bir krem elə zərif və yumşaq etməmişdi. Bunu əminliklə deyə bilərəm. Bu krem bu qədərmi zərif olur? İnanılmaz gözəllll:) Çox bəyəndim. Bir həftə içində aldığımı işlədib bitirdim. İndi ikincisindəyəm. Keyfiyyəti belə davam etdiyi müddətcə istifadəsini davam etdirəcəm.
31 Mayıs 2012 Perşembe
30 Mayıs 2012 Çarşamba
İllər aramıza çəkdi həsrəti...
Baxdım, baxdım güzgüyə...:)
Türk xanımlarının bloglarına baxırdım neçə vaxtdır. Baxıram ki, hamısı istifadə etdiyi kosmetikalar haqqında geniş geniş məlumatlar veriblər, məhsulun pis və ya yaxşı olduğunu açıq-aydın yazıblar. Məhsullarda yəni bizim xanımlarımızın da istifadə etdiyi "Oriflame", "Flor Mar", "Mary Kay" və digər məhsullar haqqındadır. Hətta brend olmayan məhsullardan belə istifadə ediblər. Və deyim ki, keyfiyyətinə zəmanət verdikləri məhsullar da var.
Belə düşünürəm ki, bizdə də belə bloglar olsa yaxşı olar. Belə düşünə düşünə qərar verdim ki, elə ilk özüm başlayım. Artıq nə istifadə edəcəmsə onun haqqında məlumat verəcəm. İlk öncə dırnaq bəzəklərindən danışmaq istərdim. Kosmetik mağazasında təsadüfən rast gəldim və düzünü desəm xoşuma gəldi. İkisini alıb istifadə etməyi qərara aldım. Satıcının cidd-cəhdli tərifinə baxmayaraq heç də deyildiyi kimi yaxşı çıxmadı
Dırnaq lakını sürtdüm, qurudu sonra bu bəzəklərdən yapışdırdım. Səhər oyananda artıq bəzəklər dırnağımda yox idi. Daha doğrusu var idi, amma necə deyim "təkcə qolları, qıçları" qalmışdı , vəssəlam. Sonra Belə bir fikir gəldi ağlıma dırnaq lakını çəkim , azcıq quruduğunda bəzəkləri yapışdırım. Onu da etdim. Bir neçə saatdan sonra bəzəklər öz özünə qopub düşürdü, əlimi suya belə vurmadığım halda. Həm də barmağımda olduğu müddətcə hara gəldi, necə gəldi ilişirdi. Ona görə sevmədim bu bəzəkləri. İlk və son aldığım bu ikilikdir. Bir daha almamağa qərar verdim.:)
Dırnaq lakını sürtdüm, qurudu sonra bu bəzəklərdən yapışdırdım. Səhər oyananda artıq bəzəklər dırnağımda yox idi. Daha doğrusu var idi, amma necə deyim "təkcə qolları, qıçları" qalmışdı , vəssəlam. Sonra Belə bir fikir gəldi ağlıma dırnaq lakını çəkim , azcıq quruduğunda bəzəkləri yapışdırım. Onu da etdim. Bir neçə saatdan sonra bəzəklər öz özünə qopub düşürdü, əlimi suya belə vurmadığım halda. Həm də barmağımda olduğu müddətcə hara gəldi, necə gəldi ilişirdi. Ona görə sevmədim bu bəzəkləri. İlk və son aldığım bu ikilikdir. Bir daha almamağa qərar verdim.:)
25 Nisan 2012 Çarşamba
Gedək Şuşada ölək..
Adımızı yazanda
Hərə bir cür yozurdu..
Gedək Şuşada ölək..
Başdaşımız hazırdı..
İyirmi ilə gəlib çıxdıq. Onsuz 20ci ilə..Onun olmadığı 20ci il..Şuşanı deyirəm...Bu gün Eurovisiondakı mahnımızın sözlərinin nöqtə vergülündən tutmuş Aygün Kazımovanın niyə Qaraçuxurlu ola bilmədiyinə qədər əzbər bilən amma Şuşanın işğalının neçənci ili olduğunu, ümumiyyətlə Şuşanın ərazisi, əhalisi, niyə, nə üçün, necə işğal olunduğunu bilməyənlərimiz var. Bəli! Var! Bilirsiniz, ilin üç yüz altmış neçə günündə bəlkə hər gün düşünürəm işğalda olan ərazilərimizi. Amma hansı gün ki, işğal günü, faciə günü, qətliam günü çatır bütün işimi gücümü buraxıb saxta "patriotkaları" və "patriotları" izləməklə məşğul oluram. Səksənməyin! Heç kəsə məhkəmə qurulmur! İlin 1 günündə belə profilində vətən sevgisini, yurd həsrətini ifadə etməyənlər, dilinə gətirməyənlər, yadına salmayanlar (təbii ki hər kəs bura daxil və aid deyil) həmin gün vay-şüvən edəndə torpaqların işğalı da yadımdan çıxır, məşğul oluram onların "vicdan soyqırımları, arsızlıq işğalları"nı izləməklə. Necə də əl qatırlar özlərinə, necə də yazıb doldururlar profilləri, səhifələri. Baxan da deyir ki, vallah bunları buraxsan "İli Karabax budet moim ili vsyo Armeniya" məsələsi. Oskarmı versək, Nobelmi alsaq bunlara bilmirəm.Nə isə.
20-ci il də gəlib çatdı. Nə bu tarixi yadda saxlayanlara baxdı, nə də yadda saxlamayanlara. Şuşanın nə meydanlarda keçirilən mitinqlərə, nə facebookda yazılan statuslara, nə mənim kimi blog yazanların yazılarına, nə onun şərəfinə şeir deyənlərə, nə mahnı oxuyanların heç birinə ehtiyacı yoxdur!!! Bəli yoxdur!!! Şuşanın doğma nəfəsə, doğma bayrağa ehtiyacı var. 20 ildir ora yaz gəlmir...20 ildir həsrətdən göynəyir.. 20 ildir əli uzalı qalıb Azərbaycana.. 20 ildir acı-acı gülümsəyir bizim hər il "bir il də Şuşasız" deməmizə.. Biz isə ölürük təzə ilə köhnə arzularla keçmək üçün.
Bu gün ümidini itirənlərə və ümidini itirməyənlərə bölünüb millət. Şuşa sarıdan deyirəm. Mən ikincilərin içindəyəm. Nə qədər Polyanna kimi baxsalarda mənə bu diləyim üçün yenə də ümidliyəm. Bayraq meydanında bayrağımız asılanda cırıldı bir gecədə. Hərə onu bir cür yozdu. "ucuz parça", "bundan artıq olmaz" və s. versiyalarla. Mən isə başqa cür yozdum. Bayraq cırılmaqla bir şeyi dedi " Əvvəl Qarabağa, əvvəl Şuşaya..."
Belə. Allah səbr verməsin, Azərbaycan! Allah səbr verməsin, Vətən! Sənə səbr yaraşmır. Şuşasız heç yaraşmır.
Qələbənə tezliklə qovuşmaq ümidi ilə..
24 Nisan 2012 Salı
Irade Aytel
Əliмdən аsılаn tеlеfоndаn
аsılа qаlмışам
Hаvаdа qаlаn аyаqlаrıм sustаlır bir-bir,
Sамаn çöpüdür
оn аltı ildir
gözü yоl çəkən
dоğма bir nöмrə
Yüz dохsаn bir!
Utаnа-utаnа
əl аçırам о dоğма nöмrəyə
Rəqəмlər
dəstəyin dаr küçələriylə
hаrаsа cаn аtır мəniм yеriмə.
Qulаğıма səslər gəlir.
Uğultu,
Ufultu,
Inilti səsləri.
Yаnмış dаşlаrа,
Dоnмuş quşlаrа,
Dirilərin аyаğı аltındа ölən bаş dаşlаrа
аcıq vеrən,
аt оynаdаn küləyin uğultusu.
Göylərdə bоğulаn ruhlаrın ufultusu,
Döyülən,
Söyülən,
Əyilən tоrpаğın iniltisi
Yеrdən üzülмüş аyаqlаrıм
Göydən də üzülür.
Səbriм qəh-qəhə çəkir,
Səbriм özünə gülür,
Cаvаb vеrмir
Yüz dохsаn bir!
Cаvаb vеrмir Şuşам
Utаnırам!
Kaydol:
Kayıtlar (Atom)





