23 Nisan 2012 Pazartesi
Qarabağın məktubu
Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir.Amma çox soyuqdur.Qış gəlib.Tezliklə qar yağacaq,soyuq da şiddətlənəcək.Tək olanda - soyuğu bərk hiss edirəm!
Ayrığılımızın 16 ili tamam oldu.Mən sənə çox yazırdım.Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan.Bəlkə almısan,amma heç oxumamısan.Kim bilir,bəlkə məsləhət belə imiş.Ancaq,bilirəm ki,oxusaydın vicdan əzabı çəkərdin,narahat olardın.Mən sənin oğlunam və hər şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki,xoşuna gəlməzdi.Ona görə də çox vaxt susuram və özümü elə aparıram ki,guya mən hər şeyə dözə bilirəm.Həqiqətən hər şey normaldır.Artıq - normaldır.Sən məni satandan sonra,mən onların dilində danışıram.İlk zamanlar çətin idi.Mənə deyirdilər ki,ana dilimizi unuda bilmirəm,çünki genetik əsası var dilimizin.Ancaq sən o dili amansız məhv edirdin,dağıdırdın.
Ata,sən istəyirdin ki,mən çoxlu dillərdə danışa bilim.Bu həqiqətdir.Bunu mən unutmaram.Sən o biri uşaqlarına da məcbur edirdin ki,kələ-kötür də olsa,müxtəlif dillərdə danışsınlar.Qonaqların xətrinə dəymək istəmirdin.Mən təəccüblənirdim.Öz-özümə deyirdim ki,axı niyə qorxmalısan,qonaqlar yox?Niyə onlar ev yiyəsinin dilində danışmağı öyrənmirdilər? Eh...Bizdə həmişə hər şey tərs olurdu!Mən isə hamıdan ibrət dərsi götürürdüm...Çalışırdım hamı ilə onların dilində danışım.Deyirdim ki,qoy onlar inciməsinlər.Qoy deməsinlər ki lovğalanıram.
Ata,xiffət çəkmə,mən həmişə başa düşürdüm.Sən mənə "hamıdan qəşəngsən,sevimlisən,istedadlısan" demirdin.Ancaq buna baxmayaraq dərk edirdim ki,mənim ailədə xüsusi yerim var.İndi oturub fikirləşirəm ki,axı mənim nəyimə lazım idi bu gözəllik,büyün bu təriflər?Gözəlliyim başıma bəla oldu,ata!Ətrafdakıları qıcıqlandırırdı mənim gözəlliyim.Elə paxıllıq edirdilər ki,sanki dünyanın yarısını alt-üst etdi mənim gözəlliyim.Heç kəsə qalmadı.Heç kimə nəsib olmadı.Ata,mənim bu gözəlliyimə bu da azdır!
Bu 16 illik ayrılıq ərzində arıqlamışam,kobudlaşmışam.O vaxtkı mehribanlığımdan əsər-əlamət qalmayıb.Kim bilir,bəlkə də bu hərbi ciddilik mənə daha çox yaraşır.Mən indi kişiləşmişəm və kifirləşmişəm.Bu da əbəsdir,ata!Heç bilmirəm nəyimə lazımdır bunlar:kimi mən qorxuda bilərəm belə kişiliklə?Səni?
Ata,birlikdə olduğumuz günlər üçün darıxıram...Biz ayrılandan sonra,mən hər gecə müxtəlif yuxular görürəm.Yuxuda biz bir yerdəyik.Doğma dilimizdə danışırıq.Yuxuda mən çox sevincliyəm,yaraşıqlıyam,yaralarımın,işgən cə yaralarının yeri bilinmir.Ata,yuxuda mən mahnı oxuyuram,səsimin əks-sədası yuxumu oyadır!
Bilirsən,ata,mən sənə demək istəmirdim,amma indi mənim adımı dəyişiblər.Bağışla,amma mənə öz adlarını veriblər.İndi mənim adım A... ilə başlayır.Yox,yox ardını yazmayacağam.Sənin xoşuna gəlməz.Sənin keyfini pozmaq istəmirəm.Sənin başın vacib işlərə qarışıb,səni vacib işlərdən ayırmaq istəmirəm.Ümumiyyətlə,ola bilsin sənə yazdığım məktub - böyük bir səhvdir!Nahaq yerə bunu sənə yazdım - səni vacib işlərdən ayırdım.Amma,inan,ürəyim bulanır!Ətrafda bircə dənə də olsun doğma adam yoxdur.Hər tərəfdə onlardır...Çalışırlar mənim ruhumu dəyişsinlər,özlərinə oxşatmaq istəyirlər.Ata mənim müqavimət göstərməyə taqətim qalmayıb.Mən susuram və bütün təhqirlərə,rəzilliklərə dözürəm.Mən öz halıma öyrəşmişəm və manqurta çevrilmişəm.Bilirsən ata,16 il köklərimi qırıb atmağa kifayət deyil!Lakin bu köklərin üstündə yeni nəsil törətməyə 16 il yetər.Ola bilsin biz nə vaxtsa görüşdük,amma o vaxt sən məni artıq tanımayacaqsan.Hərcmərclik və mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb.Bax bunu mən sənə ,ata,heç vaxt bağışlamayacağam!
P.S. Axmaq suala görə üzr istəyirəm - bəs sən məni qaytarmaq istəmirsən?
İmza : Sənin oğlun Qarabağ
Gedən...
Hamımız həyatımızda çətinliklər yaşayırıq mütləq. Ağrılar, dərdlər, bədbəxtliklər, ümidsizliklər. Bunlar həyatın gerçəkləridir. Sevgi ağrısıdır bəlkə insana ən çox ən çox acı çəkdirə bilən. Həyatın nə qədər boş olduğunun düşünüldüyü anlar vardır. Onlardan birisindəsən. Gedib dəniz sahilində bəzən dənizi izləyirsən. Bir parça dinclik tapmaq xəyalıyla baxırsan sonsuz maviliyə. Həyatda yapışacaq bir şeylər axtarırsan. Yapışmaq məcburiyyətindəsən, həyata davam etmək və sırf bəzilərinin inadına məcburən də olsa gülümsəməlisən. Günlər keçər, sıradan, adi günlər... Sonra biri çıxar qarşına. Gözləri ən parlaq ulduzdan belə daha parlaq gəlir sizə . Bəzən əhəmiyyət verməzsən bu vəziyyətə əvvəl, çünki bəlkə də hər hansı biridir. Həyatına girib çıxmış yüzlərlə insandan yalnız biri. Yolda görüb davam etdiyin insanlardan biri. Dəyəri sıfırdır sənin üçün ilk başda. Sonra tanımaya başlarsan, tanıdıqca sevməyə. Bir vərdiş tutar səni, pəncələriylə sıxar ürəyini. Qopa bilməzsən. Danışdıqca daha çox sıxar ürəyini o pəncələr. Ürək artıq partlayacaq nöqtəyə gəlmişdir. Amma kimsəyə də izah edə bilməzsən. Nə anana, nə atana, nə də ən yaxın dostuna. Hər hansı biri kimi tanıdarsan onu ətrafındakılara. Qarşındakına belə söyləyə bilməzsən dəyərini. Baha biçilə bilməz olmuşdur artıq sənin üçün. Onsuz keçən beş dəqiqə, ömründən illər aparar. O da sənin kimi zənn edərsən. '' O da mənim kimi sevir '' deyərsən içdən içə. Beləcə davam edər günlər. O artıq sənin bir parçan olmuşdur. Yatarsan ağlında o, qalxarsan yenə ağlında o. Yuxularında belə onunlasan, onun yanındasan. Onun xəyalıyla keçər dəqiqələr, saniyələr amma bir an gəlir.....
O gedər. Getdiyi zaman nə qədər çox şey apardığının fərqində deyil. Ürəyindən bir parça aparar gedişiylə birlikdə. Min parçaya bölünmüşdür ürəyin, bədənin, beynin artıq. Əlindən gələn hər şeyi edərsən bu gedişdən sonra. Unutmaq üçün. Silmək üçün. Silə bilməzsən. Şəkilinin qarşısına oturub dəqiqələrlə danışarsan, suallar verərsən Ona. Saatlar əvvəl səninlə nəfəs aldığını sandığın insan, artıq həyatının bir parçası deyil. Və ən pisi odur ki, o kədərlənməz sənin kədərləndiyin qədər. Davam edər həyatına. Bəlkə də sənə etdiyi ''qəbul edilə bilməz'' şeylərdən sonra belə haqlı olduğunu düşünər, həyatına əyləncəli bir şəkildə davam edər. Anlayarsan ki, sən bir heçmişsən onun gözündə. Bəlkə heçdən belə az. Edilən sözlər, danışılanlar, paylaşılanlar, verilən sözlər, edilən andlar heç bir şey ifadə etmirmiş qarşı tərəf üçün. Heç olma duyğusu bu həyatda hiss edilə biləcək ən pis şeylərdən biridir. Sən onu dəftərinin ən baş küncünə yazarkən, o bir silgi zərbəsiylə silər səni. Tozlarını belə təmizləməz. O sənin ürəyindədir, sən onun beynində. İnsan beyindən çox daha tez silir bəzilərini. Ürəkdən silmək üçünsə çox daha çox zaman lazımdır. Ürək beyindən kiçikdir, çox az insan sığar oraya. Ona görə silmək işi tələb edir. "Anladım ki mənim içimi cız etdirən ona vız gəlir." demiş İskəndər. Tam olaraq vəziyyət belədir. Sənin ürəyin yanarkən, o əylənir, gəzir. Sənin ürəyin onla doluykən onun ürəyində səndən əsər yoxdur. Sən onu unutmaq üçün hər şeyinlə mübarizə edərkən, onun səni unutması ən çox 15 dəqiqə davam edir. İnsana ən çox təsir edən də elə budur
Yaxşı, edilməsi lazım olan nədir? Nə etmək lazımdır bu müddəti sovuşdurmaq üçün. İnanın ki, bilmirəm. Bilənin olduğunu da zənn etmirəm. Zaman hər şeyin dərmanıdır bəlkə də. Bəlkə də xəyallarınızdakını daha çox sevəcəksiniz, bəlkə də intiqam hissiylə alışıb yanacaqsınız... Amma inanın ki, yenə də düşünməmək ən gözəlidir. Düşünmədən, hiss etmədən yaşamaq. Xəyal etmədən, ümidlənmədən bir şəkildə həyata yapışmaq. Ola biləcək bir şeymi, kimsə təxmin edə bilməz. Amma həyatı bir şəkildə davam etdirmək lazımdır, nə olursa olsun. Sonda: bu həyatda dəyər bilmək mütləqdirsə, sadəcə öz dəyərinizi bilin. Bütün nağıllar "göydən 3 alma düşdü" ilə bitməsə də, hər halda bir şəkildə bitirir bitirmək istəyən.
22 Nisan 2012 Pazar
Əlimizə saglıq:)
Öyrəndiklərimi öyrətməkdən heç vaxt çəkinməmişəm. Əksinə, bundan həmişə sonsuz zövq almışam. Çünki, mən də kimdənsə, hardansa öyrənmişəm. Elə bu düşüncəylə Facebookda bir səhifə açdım. Yaxşı və ya pisliyini deyə bilməyəcəm. Ona üzvlər qərar verəcək və bu onların birinci haqqıdır. Səhifə dedim yadıma düşdü. Facebookda sonsuz sayda səhifə var. Fırıldaq gələn, fırıldaq gəlməyə çalışan, fırıldaq gəlməyə hazırlaşan. Üzv sayını çoxaltmaq üçün nələr və nələrə əl atan, insanların əsəblərini oynadan. Amma mənim səhifəm bu səhifələrin heç birindən olmayacaq və heç birinin yolunu davam etdirməyəcək. Əyər mən işimin keyfiyyətinə zəmanət verirərmsə 10 üzv sayım belə olsa, onlar işimdən razı qalsa da mənə bəsdir. Səhifəmin işi isə mətbəxdir. Təkcə mətbəxdə yemək bişirmək yox həm də dizayn işi. Həmişə dediyim kimi yenə deyirəm tərtibatdan, dizayndan çox şey asılıdır. Qurbağa ətini elə təqdim edə bilərsən ki, hamının heyrətdən matı quruyar və onu yemək istəyər. Toyuq ətini elə təqdim edə bilərsən ki, yemək istəyən də yeməz. Deməli nə? Tərtibat öz sözünü bütün hallarda deyir. Nəysə, yenə mənim danışıq "işıforum" xarab oldu:))) dayana bilmirəm. Əyər sizə səhifəm maraqlıdırsa linki qoyuram bu mətndə ordan gəlin, baxın, öyrənək. Bəli öyrənək, məhz öyrənək. öyrənin yox öyrənək. Bilmək olmaz bəlkə mənim də sizdən öyrənəcəyim nələrsə var:)
https://www.facebook.com/pages/%C6%8Flimiz%C9%99-sa%C4%9Fl%C4%B1q/364383000279036
25 Eylül 2011 Pazar
Behiştimiz, cənnətimizsən bizim..
“Ən böyük eşqlər nifrətlə başlar” demişdilər, inanmamışdım. İki nifrətin arasında necə sevgi yaranacaqdı və hansı üzlə həmişə onu düşünürdüm. Allahım da dedi ki, sən istərsən də mən sənə göstərmərəmmi, qulum?
Sənə elə nifrət edirdim, nifrətim bütün sərhədləri keçməyə, bütün səddləri aşmağa, bütün hasarları sökməyə və səni məhv etməyə hazır idi.Heç vaxt heç kəs məni izində sən olan birinin yaxşı olduguna inandıra bilmək qüdrətinə malik deyildi. Hər halda bu mənə elə gəlirdi. Mən plan quranda fələk necə mənə qəhqəhə çəkirdisə o da başqa bir mövzu)
“Səni onun yanına aparacağıq”, “Səni onunla üzbəüz qoyacağıq”, “Heç nə sən düşündüyün kimi deyil”, “Sən onu sevəcəksən tanıyandan sonra hələ tanımırsan qərar vermə” deyənlərə də elə bir bağırırdım ki, özüm öz səsimə dik atılırdı. Ayyyy bağırtmayın məni aaa onsuzda səhərdən səsim qarğa səsi kimi çıxır)) “Ola bilməzzzz!! Həyatda ola bilməzz!!!” və üzərindən də “ Mən sizə sübut edəcəm mən onu nə sevməyəcəm nə də nifrətim azalamayacaq!!! Etdiklərinizi də yanınıza qoymayacammmm!!” əlavə edirdim. İndi özüm də o sözlərimə necə peşmanam, necə gülürəm və necə utanıram təsəvvür belə edə bilməzsən, mənim birdənəm
Və nəhayət mart ayı. Mən məcburən səninlə görüşməliyəm. Həyat belə gətirib. Təsəvvür edə bilməzdim ki, Novruz bayramını da hələ nifrət etdiyimlə keçirəcəm. Və vaxt azaldıqca mənim “dır-dır” larım da sürətlə artır: “Bomba ataram onun başına” (Bomba atansan get ermənilərin başına at), “Nifrət edirəm ona!!” (Özümə nifrət etməli idim o sözləri deyəndə) “Həyatın bu günü də olacaqmış!!” (Həyatın ən gözəl günləri gəlirmiş qabaqda) , “Allah məni öldürsün onunla üz-üzə gəlməyim!!” (Allah eləməsin, Allah bizi daha çox üz üzə gətirsin bundan sonra, imkan varsa lap bütün ömrümüzü bir yerdə yaşayaq, mən türklər demişkən “iyice niyyeti bozdum artık ilani-aşk ediyorum”) . Və nəhayət ayın 18-i gecə. Sənə qarğış edə-edə yuxuya getməyə çalışıram : ))) və eləcə də yuxuya gedirəm. Ayın 19-u axşam saat 10-a 8 dəqiqə işləyir və sənin bir addımlığındayam, bir neçə saniyə sonra biz görüşəcəyik, ürəyimin döyüntüsü qulaqlarımda əks-səda verir. Budur o an....Səninlə üz-üzə gəldim..özüdə necə sərt addımlarla sənə dogru irəliləyirəm..1!!2!!!3!!!4!! Saçlarımı da külək havada uçurur, üz-gözümə çırpır..5!!!!6!!!!7.....Səninlə üz-üzəyəm..Gülümsəyirsən mənə mehribancasına.Bütün qohum-əqraban öz gözəl terminlərimə danışsam “bütün sülalən” də ətrafımdadır. “Xoş gəlmisən”, “Gözümüz üstündə yerin var”, “İşıq gətirdin evimizə, həyətimizə, yurdumuza” və s.və i. Bütün mehriban və səmimi sözlər təqib edir məni. İçtən gəldiyi də hiss olunur. Donub qalmışam. Sən isə hər kəsdən daha mehribansan. Hmm..dəfələrcə etdiyim etirafı bir daha edim. Sən çox yaraşıqlısan. Sənə vuruldum elə ilk baxışdan. Məni əzizləmişdin. Əlimi tutub gəzdirirdin məni. Yaraşığına heyran olmuşdum. Gözümü səndən çəkə bilmirdim. Və bayramı da birlikdə keçirdik. Sən məni elə əzizləmişdin ki, təslim bayraqlarım havada uçuşurdu. Bir anda olsun ayrılmırdım səndən. Birlikdə bir çox yerləri gəzdik. Ətrafımız adamlarla dolu idi : Sənin və mənim dogmalarımla. Amma biz yalnız bir birimizi görürdük. Sən məni , mən səni. Tez-tez mənə “Səni sevirəm” deyirdin, “ Yaxşı ki, gəldin” , “Yaxşı ki, həyatımdasan” deyirdin. Gülümsəyirdim elə bütün günü. İçimdə iki cümlə söz tufan qoparırdı. Amma özüm özümdən utanırdım sənə nifrətim üçün.

Biz birlikdə çox yerləri gəzdik: Sərhəddən başlayaraq, Əliabadı, Hüseyn Cavid məqbərəsini, Mömünə Xatun məqbərəsini, Qızlar Bulağını, Ordubadı, Şəruru, Sədərəyi və indi həyəcanımdan xatırlamadığım daha bir neçə yeri. Və ayın 26-da biz ayrıldıq. Sərhəddə mənə baxırdın sevgi dolu gözlərlə “Yenə gözləyəcəm, gəl...Səni sevirəm...” deyə pıçıldadın.. Artıq o iki cümləni saxlamağımın yeri yox idi..Və etiraf etdim sənə...
“SƏNİ DƏLİCƏSİNƏ SEVİRƏM, NAXÇIVAN.....”
6 Eylül 2011 Salı
Candan Ünalla bal gibi sohbet
Kalemine hayran oldugum Candan Ünaldan küçücük bir ropörtaj hazırlamak istedim blogum için. İstegimi yere salmadan, seve seve sorularımı cevapladı. Sonuçta bal gibi bir sohbet alındı: sorularım ve cevaplarıyla. Kendisine bir daha burdan kucak dolusu teşekkürlerimi sunuyorum:)
1.Öncelikle merhaba. Teklifimizi Kabul ettiginiz için öncelikle çok teşekkür ederim. İlk once böyle bir soruyla başlamak isterdim ropörtajımıza. Candan Ünal kimdir? Kendinizi nasıl karakterize ederdiniz?
-Merhaba! Asıl ben teşekkür ederim, bu ortamda dostlarla buluşmaya imkan tanıdığınız için. Aslında insanın kendini anlatması ne kadar zor, değil mi? Kendimi hayatın öğrencisi olarak tanımlayabilirim. Hepimiz gibi her geçen gün gelişmeye,öğrenmeye çabalayan ve yaşam sınavından mümkün olduğunca çok bilgiyle geçmeye çalışan biriyim. Ancak biyografik olarak 1974 istanbul doğumluyum. Sizler beni yazılarımdan tanıdınız ancak 20 yılı aşkın zamandır sahne alıyorum, şarkıcıyım. Bunun yanı sıra oyuncuyum. Diğer mesleklerimin yanında yazarlığım daha yeni.
2. Psikoloji konularda özellikle kadın-erkek ilişkilerinde yazılarınız, düşünceleriniz mükemmel hatta ötesi derdim. Hayat çok iyi ögretmen oldu bu konularda Candan hanıma diye bilirmiyiz?
- İşin açıkçası hepimizin yaşadıkları farklı olsa da, duygularımız ortak. Acılarımız, sevinçlerimiz, kederlerimiz aynı. Benzer olaylar yaşıyor, aynı duyguları deneyimliyoruz. kadın-erkek ilişkilerinde özel hayatımda yaşadıkalrım elbette çok önemli; rendelenmeden, canınız acımadan, gözyaşı dökmeden başkalarının acılarını yazmak mümkün değil sanırım. Ancak hiç yaşamadıkalrımı da gözlemleyerek, dinleyerek, seyrederek, okuyarak öğrendim. İnsanın yolculuğu da insanla. Eğer görebiliyorsan, başkalarının hayatlarından alınacak çok ders var. Ama yaşamın sert bir öğretmen olduğu doğru!
3. Hiç ihanet gördünüzmü? Sizce neden kaynaklanıyor ihanet? Yani neler neden oluyor bir kişinin karşısindekine ihanet etmesine?
- İhaneti görmez olur muyum? Elbette gördüm, üstelik sadece aşkta değil, pek çok insna ilişkisinde! İhanete o kadar çok sebep bulunabilir ki! İhanetin nasıl olduğundan çok, kimin yaptığına bakarak sebebe ulaşılabiliyor bence. Ömrünü ihanetle süsleyen, bununla öğünen ve kendini ancak ihanetle var eden birinin sebebi ile, ihanetin ortasına çekilen birinin sebepleri farklıdır. İhanete neden aramak, kendimizi her seferinde daha fazla suçlu hissetmemize yol açıyor diye düşünüyorum. Günümüz şartlarında ihanetin resmileşmesi, kabul görmesi şaşırtıyor beni. Artık ihanet doğal kabul ediliyor ama bana sorarsan ihanet bulaşıcı hastalık gibidir; bir yerde, yani kadın-erkek ilişkisinde bu kadar yayıldıysa, insanın bulunduğu her ortama girecek demektir.
4.Nasıl bu kadar pozitif olmayı başarıyor Candan Ünal?
- Pozitif miyim? Bilmem! Siz öyle görüyorsanız, ne mutlu bana.. ben sadece
5. Candan hanım, gerçekten “kaçan kovalanır”mı? Bu konuda düşüncelerinizi almak isterdim.
- Kaçanın kovalanacağı fikri çok yaygındır. Altında, insanın doğasında sahip olmadığı şeye karşı duyduğu istek yatar. Kaçarsan, bir ihtimal kovalanabilirsin ancak ben hep sonrasına bakıyorum. Ya sonra? Yakalandığında ne olacak? Sadece kaçtığın için kovalayan birinin içindeki o hırs ve istek, yakalandığında bitmeyecek mi?
6. İhanet
- İhanetin sonunda kimin aldandığının bir önemi yok bence. Kendini de aldatabilirsin, karşındakini de yakalanmadıysan aldatmışsındır. Sorun şurada; ilişkiye ihanet karışmışsa, artık o ilişki nasıl ayakta durur? Bu ilişkiyi devam ettirmek ne kadar doğrudur? Bu ihanetin çiftin üzerindeki etkisi ne olacaktır? Yani, ihanetten sonra yaşanacaklardır önemli olan.
7. “ Her bitiş bir başlanğıcdır” derler. Siz nasıl düşünüyorsunuz? Gerçekten her bitiş bir başlangıcdırmı?
- Doğum bir başlangıç bize göre, ölüm bitiş. Ama belki de ölüm bir başlangıçtır, doğum bitiş.. Hayatın kuralı yenilenmek üzerine kurulu. Bir yıl bitiyor, yenisi başlıyor. Bir gün bitiyor, yenisi başlıyor. Her biten olay, aşk, dostluk, bizi yeni bir maceraya itiyor. Bitenlerden elinde kalanlar, aldığın dersler, başlayacakların habercisidir aslında. Farkında olmak lazım!
8. Sizi sevənlərə, okurlarımıza tavsiyyeleriniz ne ve nelerdir? Kadın-erkek ilişkileri konusunda?
- -Tavsiye; istemeyene verildiğinde çok sıkıcıdır:) O yüzden, tavsiye vermeyeyim ben. Yazılarımda hayata bakışımı, duyguları, ilişkileri, kendimi, başkalarını, dünyayı, nasıl gördüğümü, başkalarının nasıl gördüğünü dilim döndüğünce anlatmaya çalışıyorum. Eğer birilerine ufak da olsa bir yol gösterebiliyorsa cümlelerim, ne mutlu bana! herkes kendi yolunu bulacak, herkes kendi hayatını yaşayacak ama bazen bir cümle, bir kelime, karanlıkta mum olabiliyor. Bir kişinin bile hayatına güzel bir etkim olmuşsa, bundan onur duyarım.
9. Bizden beklediginiz ama vermedigimiz soru oldumu? Olduysa hangi soruydu? Ve sonda Deyerli vaktinizden ayırıb sorularımızı cevaplandırdığınız için çok çok teşekkür ederiz. Azerbaycandan kardeş Türkiyeye özellikle sevgili Candan Ünalımıza kucak dolusu selamlar, sevgiler. Hep böyle pozitif, samimi , sevgi dolu kalın. Sizi çok seviyoruz.- Sorularınızın hepsi çok güzeldi. benimle bu güzel sohbeti paylaştığınız için çok teşekkür ediyorum.
Sohbetleşdi: Xeyale Kelbiyeva
Əlixan Səmədovdan Mix.az üçün aldığım müsahibəm
Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.
Mənbə: az.wikipedia.org
2.Balabanla ilk tanışlığınız necə oldu?
4."Balaban metodu" adlı kitabınız üç dildə işıq üzü gördü. Bu kitab haqqında bir az məlumat verərdiniz. Necə oldu ki, kitabı yazdınız? Hansı dillərdədir? Necə qarşılandı bu kitab?
5. İfalarınız arasında sizə ən doğma olanı?
8. Və nəhayət başı bəlalı "Sarı Gəlin" ə çatdıq. Əlixan müəllim, bildiyimiz kimi qardaş Türkiyənin özündə elə ermənilər yaşayır. Elə olubmu ki hansısa proqramdami deyim, hansısa məclisdəmi deyim "Sarı Gəlin"i ifa etdiyinizdə məhz ermənilərdən də orda olub. Ümumiyyətlə "Sarı Gəlin" sizin üçün ifalarınız arasında ən önəmlisi sayıla bilərmi?
9.Planlarınız haqqında bir az danışardınız.
Alihan Samedov
Mənbə: az.wikipedia.org
1.İlk öncə salam.Əlixan Səmədov deyəndə bu gün fəxr ediləsi bir azərbaycanlı gözümüzün önünə gəlir.Məşhur balaban ustası Əlixan Səmədov. Biz sizi belə tanıyırıq. Bəs, Əlixan müəllim özü özünü təqdim etməli olsaydı necə təqdim edərdi?
Salam. Men özümü təqdim etmeli olsaydım, her halde Balaban aşiqi deyerdim. Həyatımı bir an Balabansız tesvir ede bilmirem. Bilgi paylaşmayı cox sevirem. Musiqiyə könül vermiş hər kəsə əlimden gəldiyi qədər kömək edirəm.
2.Balabanla ilk tanışlığınız necə oldu?
Balabanla tanışlığım, bir az uşaglıg illərinə dayanır. Nağarayla musigiyə başladım. Sonra qarmonu öyrəndim. Qarmondan sonra Qaboy ve nəfəsli alətlərlə tanış oldum. Balaban da bu zamanlar mənim musiqi kollleksionuma daxil oldu.
3.Bilgimə görə balabandan əlavə bir neçə başqa musiqi alətlərində də ifa edə bilirsiniz. Niyə məhz balaban?
Yuxarıda qeyd etdiyim kimi nəfəsli alətlərlə tanış oldugum zaman Balabanda istediyim musiqileri yarada bilirdim. Digər musiqi alətlərini de sevirdim amma üreyimden gelen musiqileri dinləyicilərə, istədiyim kimi çatdıra bilmirdim. Elə bil ki, yarım qalırdı. Sonra başa düşdüm ki, Balaban ürəyimin dilidir.
4."Balaban metodu" adlı kitabınız üç dildə işıq üzü gördü. Bu kitab haqqında bir az məlumat verərdiniz. Necə oldu ki, kitabı yazdınız? Hansı dillərdədir? Necə qarşılandı bu kitab?
İlk diskim cıxdığı zaman dünyanın hər tərəfindən məktublar alırdım. Hər kəs məndən Balaban haqqında bilgi istəyirdi. Bakıdakı dostlarımla əlaqə saxlayıb, gələn məktublar haqqında bilgi verib, kitab istəyirdim. Bu mövzuda kimsə mənə yardımcı ola bilmedi, bele ki, kitab yox idi ya da tapa bilmirlərdi. Amma gələn istekler o qədər cox idi ki, axırda kitab yazmağa söz verdim sevənlərimə. Nə isə 2-3 il ərzinde kitabı yazıb, dostlarımın sayəsində də mətbəəyə verdim.
O aralar İstanbulda PALMALİ firmasının PAL FM radyosunun acıldıgını söyleyib məni oraya dəvət etmişlərdi. Radyonun və də PAL Medya şirketinin müdürü İbrahim Nebioğlu meni öz otağında qəbul edib, cox gözel qarşılamışdı. Onun bir sözünü heç unutmaram, “sənin üçün nə edə bilərik”
Bu sözü eşidəndə , inanın ki cox duygulanmışdım. Cunkü bu güne qədər kimsədən bu sözü eşitməmişdim. Yanımda daşıdığım “Flash disk” dəki kitab bilgilerini ona gösterdim. İbrahim Bəy bilgiləri görünce cox bəyəndiyini və bu kitabı Azərbaycanımıza yaraşacag bir şekilde cıxarmag üçün məndən istədi. Onun bu içdənliyi qarşısında bir daha duygulanıb, diski ona verdim. Ordan ayrıldığım zaman İbrahim bəyin de xəbəri olmayan söz verdiyim mətbəəyə zəng edib, hər şeyi olduğu kimi başa salıb üzr isteyerek ləğv etdim. Ve beləcə “Balaban metodu” 3 dilde, Türkce, İngiliscə ve Rusca işıq üzü gördü.
Buradan bir daha əməyi kecen bütün dostlarıma ve PALMALİ şirkətinə öz dərin minnətdarlığımı bildirirəm.
5. İfalarınız arasında sizə ən doğma olanı?
İnanın ki hər musiqinin məndə öz yeri var. Hamısı mənim üçün doğmadır.
6.Qloballaşmadan qacmaq olmaz.Lakin biz bu prossesə milli dəyərlərimizi qatmamalıyıq. Əlixan müəllim necə düşünür, bu gün milli dəyərlərimiz çoxmu məruz qalıb qloballaşmaya?
6.Qloballaşmadan qacmaq olmaz.Lakin biz bu prossesə milli dəyərlərimizi qatmamalıyıq. Əlixan müəllim necə düşünür, bu gün milli dəyərlərimiz çoxmu məruz qalıb qloballaşmaya?
Bir millet hər zaman öz mədəniyyəti ile başqa millətlərdə özüne yer edər. Dünyanın bir cox şəhərlərində konsertlərim oldu, inanın ki, Azərbaycan musigisi hər yerdə sevilir ve dinlənilir. Sadəcə nəyinsə uğruna milli sərvətimiz olan mədəniyyətimizə bizlər sahib cıxmasaq, yer üzündə Azərbaycan diye bir ölkə də qalmaz. Hər zaman hər yerdə demişəm yenə də deyirəm. “Milli musiqimizi qorumaq hər Azərbaycanlı vətəndaşın borcudur!”
7. Mükafatlarınız haqqında bir az danışardınız.
Mükafatlar sənətlə məşğul olan insanların qamçısıdır. Mükafat aldıqca daha da işlərinə əhəmiyyət verir. Getdiyim konsertlerin bir coxu dünya festivalıydı. Hər ölkədən gələn musiqiçilər olurdu. Və biz öz musiqilərimizlə sanki bir yarışmaya girərdik. Bunun sonunda da mükafatlar olurdu. Bir nece dəfə də mən qazanmışdım. Bu aralar festivallara vaxt olmur getməyə, sadece konsertlərimə zaman ayırıram.
Mükafatlar haqqında http://www.alihansamedov.com/ adresinden bilgi ala bilərsiniz. Bir neçəsini orada qeyd etmişəm.
8. Və nəhayət başı bəlalı "Sarı Gəlin" ə çatdıq. Əlixan müəllim, bildiyimiz kimi qardaş Türkiyənin özündə elə ermənilər yaşayır. Elə olubmu ki hansısa proqramdami deyim, hansısa məclisdəmi deyim "Sarı Gəlin"i ifa etdiyinizdə məhz ermənilərdən də orda olub. Ümumiyyətlə "Sarı Gəlin" sizin üçün ifalarınız arasında ən önəmlisi sayıla bilərmi?
“Sarı gəlin” Türk dünyasının en sevilən mahnılarından biridir. Bir cox da rəvayəti var. Əsas olan odur ki, o mahnını yaşada bilmek. Biz Azərbaycanlılar olaraq hər zaman “Sarı gəlin” mahnısı haqqında sadəcə, bu bizimdir demişik. Ama tanıtmaq lazımdır, men de bu günə qədər çıxan disklərimde 4 defe dəyişik “Sarı gəlin”ə yer vermişəm. İstərdim ki hər müğənnimiz öz yeni cıxacaq disklərinde “Sarı gəlin” kimi daha bir cox mahnılarımıza yer versin. İnanın ki, o zaman danışmağa ve ya kimsəyə sübut etmeye gərək qalmayacaq.
Mənim də qarşıma hər millətdən dinləyici çıxır, amma men sadəcə öz ifama baxıram. Her ifa etdiyim musiqi mənim üçün önəmlidir .
9.Planlarınız haqqında bir az danışardınız.
Planlarım haqqında sadəcə bunu deyim ki, “Balaban-8” adı altında yeni albom çalışması içindəyəm. Bu albomda 2 disk olacaq və də dünyanın hər yerində anlaşmalarım var. Nəsib olursa başqa- başqa dillərdə çıxartmağı da düşünürəm. Çalışmalarım daha davam edir cox az qaldı. İnanıram ki, bu yeni cıxacaq “Balaban-8” dən sonra dünyanın hər yerindən Balabanın sədaları gələcək.
10. Sonda Mix.az saytı adından sizə bu maraqlı müsahibə üçün dərin təşəkkürümüzü bildiririk.
Mix.az kollektivinə öz dərin minnətdarlıgımı bildirirəm.
Saygılarımla
5 Eylül 2011 Pazartesi
"Bildiklerini unut"diyor DOST!
” Bildiklerini unut. ” diyor DOST. ” Gel al eline bir silgi, şu yeni başlayan güne bilgilerini silmekle başla. ” ” Zanlarını, yargılarını, önyargılarını ve dahi bütün genellemelerini koy bir çuvala ve hepten terk et. Gıybet etme sakın,… bil ki dedikodu denilen şey mıknatıs gibi kötü enerji çeker.
Kimsenin aleyhine konuşma, uzaktan atıp tutma, insanları kem dille yargılama, bil ki yanılırsın.
Birini nekadar çok aşağılar yahut dışlarsan, onun durumuna düşme ihtimalin o kadar artar.
Kainatın matemetiğidir. Bir koyar, bir alır insan. Bilmeden kendi hesabını dürer ” diyor DOST… ” Hiçbir konuda emin olma ” diyor DOST… ”
Kendini ayrıcalıklı sayma. Konumuna ya da mevkine, ismine veya şöhretine güvenme. Şu hayatta tüm zahiri kisveler sabun köpüğünden ibarettir.
Nazlı nazlı yükselir köpük, derken pat diye sönüverir. Herzaman başkalarından öğrenmeye açık ol. En iyi bildiğin konularda bile köşeli düşünme, büyük konuşma.
Cümlenin sonuna nokta değil, ünlem değil, virgül yahut üç nokta koy. Açık bir kapı bırak daima.
Ne kadar bilsen de hiçbirzaman yeterince bilemeyeceğini unutma. Tevazudan şaşma. Ancak ozaman kurtulabilirsin bilginin cehaletinden. ” diyor DOST…
(O Dost Tebrizli Şems)

Kaydol:
Kayıtlar (Atom)